Quba İH başçısı sakinlərə səsgücləndirici ilə müraciət etdi - VİDEO
Quba İH başçısı Ziyəddin Əliyev bu gün xidməti avtomobilində rayon əhalisinə, sakinlərə səsgücləndirici vasitələrlə müraciət edib.
Rakus.az xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, Quba şəhərinin bütün küçələrini avtomobillə gəzən rayon rəhbəri camaata korona epidemiyası ilə bağlı indi yeganə çıxış yolunun evdə qalmaq olduğunu bir daha bəyan edib:
“Əziz qubalılar, sizə müraciət edən rayon icra hakimiyyətinin başçısıdır. Evdə qal, həyatını xilas et. Siz də bu təşəbbüsə qoşulun, koronaya yoluxmanın qarşısını alın, yoluxma riskini azaldın”, “Əziz qubalılar, sizə müraciət edən rayon İH başçısıdır. Xahiş edirəm. Koronaya yoluxmanın və qarşısının alınmasının yolu evdə qalmaqdır. Evdə qalın, özünüzü qoruyun,xalqımızı qoruyun”.
Quba İH başçısı Ziyəddin Əliyev bu sözləri bütün şəhər ərazisində səsləndirib. Əhalini bu dəhşətli virusdan qorunmaq üçün onların evdə qalmalarını ciddiliyilə tövsiyyə edib. Verilən məlumata görə, rayon başçısı şəhəri piyada da gəzərək rastlaşdığı sakinlərə öz məsləhətini verib, onlara zərurət olmadıqda evdən çıxmamağı bir daha bəyan edib və əhaliyə ölkə ərazisində də müşahidə olunan epidemiyadan qorunmağın çıxış yolunu evdə qalmaq olduğunu izahedici tərzdə başa salıb.
Xatırladaq ki, NK yanında fəaliyyət göstərən Operativ qərargahın qoyduğu qadağaların icrası Quba ih-də yaradılmış qərargahın prioritet mövzusudur və bu istiqamətdə qabaqlayıcı ciddi tədbirlər görülür.