Sosial 06.11.2019 15:26

Quba regionun mərkəzi olub - FOTO

 

 Quba qədim yaşayış məskənidir. Bu torpaqlarda Albaniya dövlətinin tarixi ilə bağlı yaşayış məskənlərinin olduğu məlumdur. Sandıqtəpədə aparılmış qazıntılar isə bu şəhərin ərazisində IV əsrdən yaşayışın olduğunu aydnlaşdırır.

  Qubanın bir şəhər kimi mövcudluğu isə XI-XII əsrlərə aid edilir. XVII əsrin sonlarınadəgah Dərbənd, gah da Şirvan dövləti tabeliyində qalmışdıır. XVII əsrin sonunda bu ərazidə Dərbənddən asılılığı olmayan bir hakimiyyət yaradılır. XVIII əsrdə isə Azərbaycan ərazisinin xanlıqlara bölünməsi Qubanın da xanlıq mərkəzi kimi inkişafına səbəb oldu.

  Mərkəzin olması zərurəti Azərbaycanın şimali-şərqində bir feodal dövləti – Quba xanlıığının yaranması ilə üzə çıxdı. 1735-ci ildən Hüseynəli xan idarə etdiyi əyalətini müstəqil xanlıq elan etmişdi. Xanlıq üçün mərkəzin Xudat deyil, Qubanın daha münasib olduğunu görüb, xanlığın mərkəzini Qubaya köçürmüşdür. 

  XVI əsrdə Şabranın tənəzzülü, XVIII əsrin əvvəllərində süqutu bu ərazidə yeni bir mərkəzin yaranması zərurətini ortaya atmışdı. Quba bu şərəfli vəzifəni tuta bildi.

  1756-cı ildə Hüseynəli xan Salyanı tutması iləxanlığın gələcək inkişafını müəyyən etdi.

  Fətəli xan hakimiyyətə gələnə qədər Quba bir xanlığın mərkəzi idi. Onun uzaqgörən siyasəti ilə 1759-cu ildə Dərbənd xanlığı, daha sonra Şamaxı xanlığının torpaqları xanlığın torpaqlarına qatıldı. Quba regionun mərkəzi şəhəri oldu.

  Tezliklə Cavad və Talış xanlıqlarını da asılı vəziyyətə saldı. Dərbənddən Gilanadək ərazini əhatə edən bu şərqi Azərbaycan dövləti dövrü üçün mütərəqqi hal idi. Lakin Fətəli xanın fəaliyyəti bu torpaqlarda gözü olan xarici qüvvələri və hakimiyyət hərisliyi hər şeyi üstələyən daxili qüvvələri narahat edirdi. Qdur ki, Rusiya əvvəlcə Fətəli xan kimi güclənən qüvvəni daxili qüvvələrin əli ilə aradan götürdü, sonra isə ona da gərək olmayacaq etibarsızları cəzalandirdı.

  Quba Fətəli xanın hakimiyyəti illərində Azərbaycanın inkişaf etmiş şəhərləringən birinə çevrildi.

  Rusiyaya qarşı Azərbaycanın digər xanlarından az mübarizə aparmayan Şeyxəli 

xan uzun müddət rus istilasını qəbul etmək istəmədi. 1806-cı ildə xanlıq Rusiyaya birləşdirildi. Quba əyaləti yaradıldı.

  Quba şəhəri XIX-XX əsrlərdə hansı üsul-idarə olsa da regionun mərkəzi rolunu oynayırdı.

  Müstəmləkə zülmü və məmurların vəzifədən sui-istifadə etməsi 1837-ci ildə Hacı Məmmədin başçılığı altında Quba üsyanının baş verməsinə səbəb oldu. Hakimiyyət bir sira islahatlar keçirməli oldu. 1840-cı ildə Quba qəzası təşkil olundu. Qubanın qəza mərkəzi kimi fəaliyyəti Sovet hakimiyyətinin ilk illərinədək davam etdi. 1930-cu il avqustun 8-də Azərbaycanda 9 vilayət, hər vilayətdə isə rayonlar təşkil olundu. Quba vilayətində Yerfi (qısa müddətdən sonra Qonaqkənd), Hil (Qusar), Xaçmaz, Dəvəçi (Şabran) və Quba rayonlarının yaradılması üçün qərar verildi.

  1959-cu ildə Qonaqkənd rayonu ləğv edilərək Quba rayonuna birləşdirildi. Hətta 1963-cü ildə Xaçmaz rayonunun bir hissəsi də Qubaya birləşdirildi. Amma bunun səhv olduğu tez aydın oldu. Odur ki, 1965-ci ildə Xaçmaz rayonu bərpa edildi.

  Quba 1970-1980-ci illərdə bir qədər inkişaf etdi, güclü təsərrüfat potehsialı ya-randı. Lakin bu, respublikamızın digər regionları ilə müqayisədə zəif idi.

  Qonaqkənd rayonunun ləğvi həm də Qubaya zərbə idi. 1959-cu ilin dekabrında 158 min hektar torpaq sahəsində 50 minə yaxın əhaliyə, 52 kəndə malik Qonaq-kənd rayonu səhv qərar nəticəsində ləğv edildi. Bu, Qubaya xeyir verdimi? Xeyr! 

  Qonaqkəndin ləğvi, şahmat dili ilə desək, at gedişi idi, ikiqat zərbə idi.

  Birinci zərbə Qonaqkənd rayonu ilə Xaçmaz rayonu arasında coğrafi və tarixi baxımdan mərkəz olan Qubanın belə vəziyyətdə Xaçmazla qonşu rayona çevrilməsi oldu. Bu zonada açılası idarə, müəssisə və təşkilatlar, əsasən bu iki rayon arasında bölüşdürüldü, çox vaxt üstünlük Xaçmaza verildi. Beləliklə QUBA  mərkəz rolunu itirməyə başladı.

  İkinci zərbə Qonaqkənd rayonunun ləğvi ilə dağda yaşayan əhalinin daha çox Xaçmaz ərazisinə köçməsi oldu. Bir sıra kəndlər xəritədən silindi. Xaçmaz sürətlə böyüdü. Qonaqkənd ərazisi Quba üçün də əlavə, artıq ərazi oldu. Odur ki, illərcə baxımsız qaldı. Heç kim hiss eləmədən dağlara dağ çəkildi. Ərazinin boşalması Qubanın regionda rolunu zəiflədib kiçiltdi.

  1970-1980-ci illərdə, daha sonra müstəqillik illərində bir çox rayonlar bərpa edildi. Qonaqkəndin bərpası mümkünsüz oldu. Bu, indi Quba rayonunun bütövlükdə inkişafından asılıdır.

  Yalnız bugünkü səmərəni güdən, Qonaqkənd ərazisinə “perspektivsiz ərazi” damğası vuran perspektivsiz düşüncə sahibləri beləcə bir rayonun tarixini, mədəniyyətini, bulaq kimi saf və təmiz düşüncələrini məhv etdilər. Bu dağlarla bağlı ulu Həzrət babanın, sərkərdə Tomirisin, yurd sevgili Dədə Qorqudun, nərəsi dağlarda qalan Koroğlunun ayaq izləri, xatirələri unuduldu.

  Dağ kəndlərində şəhərlə müqayisədə elə gerilik yarandı ki, keçmiş Qonaqkənd rayonu ərazisində təyin edilmiş icra nümayəndələri  müstəqilliyimizin bəyləri kənddə oturmağı özlərinə yaraşdırmayıb şəhərdə ev aldılar. 1990-cı illərdə rayon başçılarımızdan biri dağlıq ərazinin nümayəndələrinə zarafatla deyirmiş: “Əyə, gedin hərdən o kəndlərdən xəbər bilin. Bir də görərsiniz ki, Dağıstan gəlib bayrağını sancıb ki, bura mənimdir.”

  Quba bu gün Azərbaycanın ərazisinə görə ən böyük, başqa göstəricilərə görə birinci olmayan rayonudur. Ərazinin işçi qüvvəsi Xaçmaz, Sumqayıt, Bakı şəhərlərinə, eləcə də Rusiyaya axın etmişdir. Uzun illər rayon iqtisadiyyatının inkişafı üçün Qubaya dəmir yol xəttinin çəkilməsi, Quba-Şamaxı yolunun açılması kimi arzularını qubalılar yuxari təşkilatlara bildirmişlər. Bunlar hələ də arzu olaraq qalmışdır.

  Qubada teatr, idman, musiqi, emal müəssisələri inkişaf etdirilməlidir. Qonaqkənd ərazisində turizmin inkişafı üçün Babadağ, Xaltan əraziləri, bu ərazidəki Cimi, Xaltan, Dəhnə istisuları yolsuzluqdan əlçatmaz olmuşdur.

  Hər kəndinin adına xalça çeşnisi olan Qonaqkənd xalçaçılığı sıradan çıxmaq üzrədir. Bu regionda xalçaçiliğın möhkəm bazasının olduğunu gördüyü üçündür ki, Lətif Kərimov 1934-cü ildə Azərbaycanda ilk xalçaçılıq texnikumunu Qubada açmışdır.

  Bu gün ölkə, o cümlədən Quba ziyalılarının üzərinə böyük məsuliyyət düşür. Molla Nur, Fətəli xan, Şeyxəli xan, A. Bakıxanov, Hacı Məmməd, Qaçaq Mayıl və başqa görkəmli simalarla bağlı tədqiqatlar aparılmalı, əsərlər yazılmalıdır. Təəssüflə xatırlatmaq istəyirəm ki, XIX əsrdə rus dekabrist-yazıçı Bestujev Marlinski tərəfindən yazılmış “Molla Nur” əsəri yalnız 1990-cı illərdə (yazıldığı tarixdən təxminən 150 il sonra) qubalı alim Tofiq Rüstəmov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Azərbaycan Sovet Ensiklopediyasında, eləcə də yeni nəşr olunan Milli Ensiklopediyamızda Qubada təhsil almış, yaşamış, özünü qubalı adlandırmış A. Bakıxanovun haqqında məqalə elə yazılmışdır ki, bir yerdə də olsa Quba sözü işlənməmişdir… Fətəli xana abidə qoyulması məsələsi və bu kimi bir sıra məsələlər müxtəlif yollarla ləngidilir.

  Qubanın, eləcə də Qonaqkənd ərazisinin böyük tədqiqata ehtiyacı olduğu halda susmağa üstünlük verilir. Uzun illər Şahdağdan, Xəzərdən, Şimaldan əsən soyuq küləklər sanki bu yurdun insanlarının xarakterinə də öz təsirini göstərmişdir.

  Qubada səhiyyə, təhsil, idman, mətbuat, televiziya, rabitə  bütün sahələr region üçün işləməyi bacarmalıdır. Xəstə qubalı Qusara, Xaçmaza, yaxud Sumqayıta, Bakıya getməməli, nəinki qubalınin, ətraf rayonların ağır xəstələrinin də ümid yeri kimi Qubaya üz tutmaları üçün hər bir səhiyyə işçisi fədakarcasına çalışmalıdır. Buna hər bir qubalı öz işlədiyi sahədə nail olmaq əzmi ilə səy göstərməlidir.

Respublikamızda əhəmiyyətini itirmiş, əsassız olaraq verilmiş ərazi adlarinin əksəriyyəti münasib adlarla əvəzlənmişdir. Lakin bizim rayonumuzda nədənsə Vladimirovka, Alekseyevka, Timiryazev  adlarının əvəzlənməsi ləngiyir. Alekseyevka, Nərimanabad və Timiryazev faktiki olaraq Quba şəhəri ilə birləşmişdir. Bu kəndlərin adlarının dəyişməsinə ehtiyac yoxdur. Rəsmən onların Quba şəhərinə birləşdirilməsi daha münasibdir. Quba şəhərində inzibati-ərazi dəyişikliyi onun inkişafı üçün gərəklidir.

Quba regionun ən gözəl şəhərlərindən biri deyil, regionun mərkəzidir; həm coğrafi, həm də tarixi baxımdan. Tarixən xanlıq mərkəzi olmuş Lənkəran, Şəki, Naxçıvan, Gəncə şəhərləri bu gün respublika tabeliyində olan şəhərlərdir. Ümidvarıq ki, respublikamızın digər regionlarında olduğu kimi, Quba da Şimal regionunda respublika tabeliyində olan şəhər statusu alacaq, bu ərazidə mərkəz rolunu uğurla davam etdirəcək, regionun deyil, Azərbaycanımızın ən gözəl şəhərlərindən biri olacaq, Şəki, Lənkəran, Naxçıvan kimi şəhərlərlə bir sırada olacaq.
Niyə də olmasın…

Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS