Gündəm 15.04.2022 14:14

Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO

Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, rayondakı “Media Şəhidləri” parkında baş tutan anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, şəhidin ailə üzvləri, həmkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq parkda şəhid jurnalistlərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Quba RİH-in icra başçısı Ziyəddin Əliyev bildirib ki, M.İbrahimov xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. O, şəhid jurnalistin vətən qarşısındakı xidmətlərindən danışıb. Z.Əliyev qeyd edib ki, M.İbrahimov yaşasaydı 40 yaşı tamam olacaqdı.

Şəhid jurnalistin qardaşı, jurnalist Əsgər İbrahimov qardaşı ilə qürur duyduğunu söyləyib: “Mən burada yalnız şəhid qardaşı kimi yox, həm də bir həmkar kimi Məhərrəmi yad edirəm. Onu jurnalistikaya mən gətirmişəm. Peşman da deyiləm. Məhərrəm öz peşəsini yerinə yetirərkən şəhid olub. Biz ailəlikcə dövlətə, xalqa xidmət etmişik, edirik. Məhərrəmin övladları da hərbi jurnalist olmaq istəsələr, yenə də onlara dəstək olacam”.

O deyib ki, M.İbrahimovun ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı idi: “Məhərrəm Göyçə mahalının Ardanış kəndində doğulub. O, həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu kənddən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz Məhərrəmin simasında bütün şəhidlərimizlə qürur duyuruq. Məhz şəhid və qazilərimizin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Bizə Zəfər yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, eləcə də qəhrəman ordumuza minnətdarıq”.

 

M.İbrahimovun bacısı Sevda Əsgərova isə qardaşının Vətən uğrunda şəhid olması ilə fəxr etdiyini vurğulayıb: “Məhərrəm çox ağıllı, mehriban, mədəni və ailəcanlı idi. Məhərrəm və Sirac xidməti vəzifəsini yerinə yetirərkən şəhid olublar. Onların xatirəsinə göstərilən yüksək diqqətə görə Prezidentimizə minnətdarıq. Biz əminik ki, Məhərrəm və Siracın xatirəsi daim qəlblərdə yaşayacaq”.

Daha sonra çıxış edənlər M.İbrahimovla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO