Sosial 12.05.2019 12:48

Qubadan əti əvəzləyən pendir istehsal edilir - FOTO

Niftəliyevlər ailəsinin Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal olunan pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə heç bənzəmir. Bu pendiri bişirmək, qızartmaq eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür

Rakus.az xəbər verir ki, Niftəliyevlər ailəsi artıq 20 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə marağı vegetarian həyat tərzini seçdikdən sonra yaranıb.

“25 il bundan əvvəl mən ailəmlə birlikdə vegetarian olmaq qərarı verdik. Bu həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Mən onda fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Pendir və ümumiyyətlə süd məhsulları haqqında xeyli ədəbiyyat oxudum. Çünki süd məhsulları vegetarianların əsas qidasıdır. Dünyada olan bütün pendir növləri haqqında öyrəndim. Sonra hər növün xoşuma gələn keyfiyyətlərini özündə birləşdirən bir pendir istehsal etməyə başladım. Ortaya yeni növ dadlı bir pendir çıxdı”, -deyə Ədalət Niftəliyev söyləyib.

“ABAD”çı ailənin hazırladığı pendir bir çox keyfiyyətləri özündə birləşdirir. Bu pendiri bişirərdikdə, qaynadıqda və qızartdıqda ərimir və formasını dəyişmir. İkincisi, bu pendiri hisə vermək mümkündür. Ən əsası, isə pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın ilkin dadını özündə saxlayır.

“Biz pendiri özümüz, ailəmiz üçün hazırlayırdıq. Satışını heç cür təşkil edə bilmirdik. Sonra eşitdik ki, “ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün “Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”, -deyə müsahibimiz qeyd edib.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür.

Niftəliyevlərin “Baharat” pendiri “ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba “ABAD” Regional Mərkəzin direktoru Elxan Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO