Qulu müəllim həm də vicdanlı insandır – Etibar Əliyev
Qulu Məhərrəmli-65
“Qulu müəllim bütün dövrlərdə özünü ləyaqətli aparan kişilərdən biridir”.
Rakus.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev bildirib.
Qeyd edib ki, bu gün dostum Qulu Məhərrəmlinin 65 yaşı tamam oldu. Bir dəfə Qulu müəllimlə söhbətdə dedim ki, bizim nəsilə yaşamaq qismət olub. Sovetləri gördük, keçid dövrünü gördük və gəlib çıxdıq iPhone dövrünə. Qulu müəllim bütün dövrlərdə özünü ləyaqətli aparan kişilərdən biridir. Ziyalı dediyimiz insanlar ilk növbədə şəxsiyyət olmalıdırlar. Ziyalı mühiti olmasa ayrı-ayrı şəxslər nə qədər böyük düha sahibi olsalar da, nə qədər çalışsalar da cəmiyyətin ideya sükanını yönləndirə bilməzlər. Qulu müəllim bu mühiti yaratmağa çalışan şəxslərdəndir. Azərbaycanda “dar günün dostu”, “gen günün dostu” ifadələri əslində “dost” anlayışının mahiyyətini kiçildir. Qulu Məhərrəmlini tanıyanlar bilirlər ki, o, “Qəlb və zəka dostu” dur.
Qulu müəllim həm də vicdanlı insandır. Bunu bilənlərin sayı bilməyənlərin sayından qat-qat çoxdur.
Filosof sözüdür: “Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər.”
100 yaşa Dəyərli Dost…