Ramin Bayramlı ən effektiv vaksinləri açıqladı
“Hazırda klinik sınaqlar mərhələsində olan 30 vaksindən cəmi yeddisi üçüncü klinik sınaq fazasındadır”.
Rakus.az xəbər verir ki, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, vaksinlərlə bağlı çox ümidverici xəbərlər var və müxtəlif ölkələrdən təkliflər var:
“Tədqiqatın sonuna yaxın olan beş vaksin təhlükəsizlik, saxlama və qoruyuculuğa görə izlənilir. Peyvəndlərin istehsal texnologiyaları fərqlənir.
Çinin istehsal etdiyi “Sinovac” vaksini ənənəvi üsulla hazırlanıb. Almaniyanın istehsal etdiyi “BioNTech/Pfizer” vaksini mRNT əsaslı, Rusiyanın istehsal etdiyi “Sputnik” vaksini canlı adenovirus vektoru üzərində hazırlanıb”.
O əlavə edib ki, Almaniya/ABŞ tərəfindən hazırlanan “BionTexh/Pfizer” vaksininin saxlanması çətindir:
“Effektivliyi 95 faizdir. Digəri Rusiya “Sputnik V” vaksininin effektivliyi 92 faiz, ABŞ-ın “Moderna” vaksininin effektivliyi 95 faiz, “Oxford – Astarazenecra”nın effektivliyi 70 faiz, “Sinovac”ın effektivliyi 95 faizdir”.