Maraqlı 22.04.2020 16:00

Mənə doğma gələn ADAM

Sözlərimə bu cümlə ilə başlasam yanılmaram…

Nəinki Azərbaycanda, hətta bu gözəl Vətəndən xaricdə də, demək olar, bütün qitələrdə xüsusi hörmət bəslədiyim barmaq sayı qədər MƏXLUQ var. Təbii ki, onların içində BİRİ xüsusi status daşıyır – RASİM HƏSƏNOV.

Adı gözəl olanın özü də gözəl olar

Düzdür, bu adı daşıyan şəxsi 2002-ci ildən təxmini görməyə başlamışdım. O zamanlar səmimi və ya soyuq münasibətin yaranması üçün məqam yox idi. Bəzi hallarda bu ADAM barədə orta məktəb illərində alman dilindən mənə dərs deyən və bu gün də unudulmayan Yunis müəllimin sayəsində ara-sıra maraqlı söhbətlər eşidirdim. Rasim adı elə o vaxtdan sanki ruhuma hopacaqmış kimi görünürdü. Çünki adı gözəl olanın özü də gözəl olar deyirlər…

Zaman keçdikcə insanlıq şahının, dostluq-yoldaşlıq padşahının, xeyirxahlıq-nəciblik zirvəsinin, səmimiyyət-ünsiyyət qabiliyyətinin, qəlb və könül hərarətinin, ağıl, düşüncə və igidlik nümunəsinin yüksək olduğu bu ADAMın göyərçinləri başımın üstündən uçurdu. Təbii ki, o göyərçinlərə daş atmaq olmazdı. Çünki hələ uşaqlıqdan Pəri nənəmin göyərçinlərə və durna qatarına daş və ya ox atmaq olmaz nəsihəti yadımdan çıxmamışdı. Ruhumun göyündə uçan o göyərçinlərin biz tərəflərə qonacağı uzaqda deyildi və belə də oldu…

Ağlı olan, qışın qeydinə yayda qalar 

Bəli, çalışdığı sahədə, ictimaiyyət, dost-tanış, el-oba arasında sevilmək hər kəsə nəsib olmur. Tanrı bunu o insanlara bəxş edir ki, qışın qeydinə yayda qala bilsin. Bu isə ağıl tələb edir. Dərdi dərd əlindən almaq üçün dərdləşmək mütləqdir. Dərdləşməyən tez qocalar. “İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana” atalar sözü də məhz bu şəxsdə cəmləşib. Ona görə də onu bu keyfiyyətlərinə görə sevməmək olmur. Bütün bunlar bizlərə bunu xatırladır: hələ o, yaşamalıdır və yaşatmalıdır. Rəbbimiz bu keyfiyyətləri ona məhz yaşayıb və yaşatmağını üçün verib. Çünki, ağlı olan bu ADAM qışın qeydinə yayda qalır! 

Sevilən adam üçün yaşın nə fərqi var ki 

Bir etirafı edim ki, insanları üzünə tənqid etməyi xoşlayıram, amma üzünə tərifləməyi xoşlamıram. Bu baxımdan Rasim əfəndini də heç vaxt üzünə tərifləmədim. Ona böyük simpatiyamın olduğunu zaman-zaman gizlətsəm də, lakin hər il aprelin 22-nə borcluyam. Çünki, bu tarix MƏNƏ DOĞMA GƏLƏN ADAM haqqında ürəyimi boşaltmaq üçün fürsətdir.

Rasim əfəndi, bu gün yalnız ad gününüz deyil, həyatınızda yaşınızın üstünə daha bir yaş gələn gündür. Geriyə boylandıqda 42 illik ömür baxır ADAMA. Ömrünüzə 1 il əlavə olunsa belə, maşallah, hələ parlaqsınız, hələ təravətlisiniz, hələ aramızdasınız. Siznlə qürurlanmağa, fəxarətlənməyə dəyər. Xarizmanız, təşklatçılıq,  rəhbərlik keyfiyyətləriniz, bacarığınız, futbol aşiqliyinizə görə də sevilirsiniz. Belə olan halda, sevilən adam üçün yaşın nə fərqi var ki…

DOST ARZUSU: “İnsanlar zəif olduqları üçün ağlamazlar, uzun müddət güclü olmaq məcburiyyətində qaldıqları və sonda yorulduqları üçün ağlayarlar” müdrik kəlamını xatırladaraq deyirəm: “Heç vaxt zəif olmayasan, heç vaxt ağlamayasan, daim güclü olasan və yorulmayasan. Qoy bu gözəl dünyamızda ən yaxşı məqamlar SƏNİN olsun. Buna tam layiqsən. Təbii ki, cansağlığı, ailə səadəti, bol ruzi-bərəkət də ənənəvi arzumdur. Düşünürəm ki, “Nəzakət ailəyə motora yağ lazım olan kimi lazımdır!” Rasim Həsənov, Sən də əhatəsində olduğunuz insanlara sağlamlıq, firəvanlıq, xoşbəxtlik, həvəs və nəfəs üçün lazımsan. Çünki sənin ruhunun gözəlliyini göyərçinlər də sevir!!!

ƏSGƏR ƏLİOĞLU

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO