“Real Madrid” “Atletik”ə uduzdu
İspaniya Superkubokunun yarımfinal matçında “Atletik” “Real Madrid”lə qarşılaşıb.
Rakus.az xəbər verir ki, görüş Malaqada “La-Rosaleda” stadionunda keçirilib və “Atletik”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı 18-ci dəqiqədə “Atletik”in yarımmüdafiəçisi Raul Qarsiya açıb. Matçda ikinci qolun da müəllifi Raul olub. O, penaltini dəqiq yerinə yetirib.
“Real Madrid” bu qollara ikinci hissədə ancaq bir qolla cavab verib. Hücumçu Kərim Benzema hesab arasındakı fərqi azaldıb. Hakim əvvəlcə qolun ofsayddan vurulduğunu zənn edərək onu qeydə almayıb, lakin köməkçisi ilə dəqiqləşmə apardıqdan sonra qərarını dəyişib.
Beləliklə, “Atletik” İspaniya Superkubokunun finalına çıxıb. Komanda həlledici matçda “Barselona” ilə qarşılaşacaq. Final matçı yanvarın 17-də keçiriləcək.