Ermənilərin 600 illik planı və Levon Ter-Petrosyanın sensasiyalı etirafı - FOTO - VİDEO
Yanvarın 4-də Real TV-nin “Real intervyu” verilişində Ermənistanın ilk Prezidenti olmuş Levon Ter-Petrosyanın vaxtilə etdiyi sensasiyalı etiraflarına yer verilib.
Rakus.az xəbər verir ki, verilişin aparıcısı Kamran Qasımovun qonağı siyasi elmlər doktoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev olub.
O deyib ki, Ermənistan Prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə Ağdamın işğalı günü İrəvanda məhdud dairə üçün etdiyi sensasiyalı açıqlamaları, eləcə də etirafları Azərbaycan tərəfi üçün güclü hüquqi və siyasi dəlillər deməkdir.
R.Nəbiyev Ağdamın nəyə görə işğal olunması, azərbaycanlıları Ermənistan SSR-dən qovulmasının məqsədləri, Bakıdan ermənilərin çıxması üçün Ermənistan hökumətinin planları, həmçinin ermənilərin 600 il ərzində hansı məqsədə nail olmaq istəkləri barədə maraqlı fikirlər səsləndirib.
Ətraflı aşağıdakı linkdə: