Sosial 10.09.2019 12:16

Regional vəkil büroları açılacaq – Anar Bağırov

Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı tarixi sənədlər nəticəsində son dövrlər Azərbaycan vəkilliyi müasirləşir, yeniləşir, təşkilatlanır. İki il əvvəl ölkədə vəkil qurumlarının sayı 30-dan bir az çox idisə, bu gün onların sayı 80-dən çoxdur. Vəkillərin sayı isə iki əvvəl 900 nəfər idisə, artıq 1500-dən çoxdur.

Rakus.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, Vəkillər Kollegiyasında mövcud olan cari problemlər artıq aradan qalxıb. Qısa zaman ərzində hüquqi məsləhətə ehtiyacı olan şəxslərə, eləcə də aztəminatlı ailələrə keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün regionlarda da vəkil qurumları yaradılıb. Məlum olduğu kimi, bu ilin mayında Sumqayıt Regional Vəkil Bürosunun açılışı oldu və istifadəyə verildi. Eyni zamanda, bu yaxınlarda Şirvanda, sonra Şəkidə regional vəkil qurumlarının açılışı olacaq. Bütün bu işlər Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində həyata keçirilir.

Bu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu deyən sədr qeyd edib ki, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə vəkillik təsis olunub. İyirmi il əvvəl isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş yeni “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Azərbaycanda ilk dəfə olaraq vəkillik müstəqil təsisata çevrilib. Yəni, tamamilə müstəqil, özünü idarə edən bir quruma çevrilib. Bundan başqa, 15 il əvvəl – 2004-cü ildə yeni qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib.

“Son illər Vəkillər Kollegiyası institusional səviyyədə güclənib, ictimaiyyət arasında və beynəlxalq səviyyədə nüfuzlu quruma çevrilə bilib. Vəkillər Kollegiyası nəinki ölkə daxilində, eləcədə beynəlxalq aləmdə artıq tanınır. Biz beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edirik. Yaxşı münasibətlərimiz var. Azərbaycan vəkilliyinin hörməti, nüfuzu həm ölkədə, həmdə beynəlxalq aləmdə qalxmaqdadır və bu tendensiya davam edəcək”, – deyə Kollegiya sədri vurğulayıb. (AZƏRTAC)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO