Mədəni 26.11.2019 11:01

Rəmişin 75 illik yubileyi qeyd edildi - FOTO

Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində tanınmış gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 75 illik yubileyi qeyd olunub. Yubiley tədbirində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.

Rakus.az xəbər verir ki, tədbirin aparıcısı Əməkdar artist Azad Şükürov mahir gitara ifaçısı Rafiq Hüseynovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, R.Hüseynov 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində alan Rafiq Hüseynov istedadı sayəsində qısa bir vaxta böyük sənətkara çevirib. Özünəməxsus ifası ilə xalqın sevgisini qazanan və Rəmiş kimi tanınan Rafiq Hüseynov təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Rafiq Hüseynov Azərbaycan Prezidentinin 2014-cü il 18 dekabr tarixli Sərəncamı ilə Xalq artisti fəxri adlarına layiq görülüb.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan danışıb, yubilyarı təbrik edərək xoş arzularını bildirib.

Yubiley tədbirində Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər Təyyar Bayramovun, Cabir Abdullayevin, Elnur Zeynalovun, gənc xanəndələrin, “Şur” və “Qarabağ” instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib. Ağdam Dövlət Dram Teatrının artistləri hazırladıqları kiçik səhnə ilə Rafiq Hüseynovu təbrik ediblər. Tamaşaçılar yubilyarın ifasını dinləyib, musiqi gecəsindən zövq alıblar.

Sonda çıxış edən Rafiq Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO