Mətbuat 27.10.2020 11:13

“Report” – 6 yaş: əsrə bərabər ayın hesabatı - FOTO - VİDEO

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.

Hər ilin bu günü “Report”un il ərzində əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi layihələri hesabat formasında oxucularımıza çatdırırıq. Bu il də bu ənənəni davam etdiririk, lakin 1 il yox, son 1 ayın hesabatını təqdim etməklə.

Çünki məhz bu gün rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatının 1 ayı tamam olur. Haqq yolunda irəliləyən Azərbaycan Ordusunun hər yeni uğurunu böyük qürur hissi ilə təqdim etmək üçün “Report” komandası gecəli-gündüzlü fasiləsiz fəaliyyət göstərir.

Oxucuların video formatda xəbərlərə marağını nəzərə alaraq münaqişənin aktiv faza başladığı andan “Report” gündəlik bir neçə xəbər buraxılışı təqdim edir. Xarici auditoriyanın dolğun informasiya ilə təmin etmək üçün isə hər gün video xəbərlər rus dilində də təqdim olunur.

Cəbhənin müxtəlif istiqamətlərinə ezam olunmuş Agentliyin müxbir, operator heyəti işğaldan azad olunmuş kəndlərimizdən reportajlar hazırlayır, Ordumuzun düşməndən qənimət kimi götürdüyü hərbi texnikanın görüntülərini lentə alır.

Döyüş meydanında məğlub olan ermənilər namərdcəsinə Azərbaycanın dinc yaşayış yerlərini hədəfə alır. Tərtər şəhəri ötən ay ərzində faşistlərin dağıtdığı Stalinqrad kimi artilleriya yağışına tutulub. Lakin bu nə Tərtər əhalisini, nə mərmi partlayışları altında işləyən “Report”un çəkiliş heyətini qorxutmadı.

Erməni qəsbkarlarının Gəncə şəhərinə qarşı həyata keçirdiyi terror, dinc əhali yatan zaman xaincəsinə atdığı raketlər onlarla insan həyatına son qoydu. Bu zərbələr də Azərbaycan xalqının qələbə əzmini sındıra bilmədi. Bunu isə bütün dünyaya əyani şəkildə raket zərbəsindən sonra hadisə yerinə özünü çatdıran “Report”un çəkiliş qrupunun lentə aldığı balaca Bəxtiyarın təbəssümü göstərdi.

Son illər insanların həyatının bir hissəsinə çevrilmiş sosial şəbəkələr son ayda qələbə müjdələrinin carçısına çevrildi. “Report” FacebookİnstagramVkontakteTikTok səhifələri, Telegram kanalı, Twitter hesabı, “Yandex zen” vasitəsilə yalnız Azərbaycan auditoriyası üçün deyil, xarici auditoriya üçün də rus və ingilis dillərində fasiləsiz paylaşımları ilə oxucuları ən son yeniliklərlə tanış edir.

Döyüş əməliyyatlarının aktivləşdiyi ilk gündən yerli və xarici auditoriyanı dəqiq, ətraflı məlumatlandırmaq üçün Azərbaycanrus və ingilis dillərində operativ xəbərlər istehsal edən “Report” İnformasiya Agentliyi bir çox ölkələrin nüfuzlu nəşrlərinin istinad mənbəyinə çevrilib. Münaqişənin aktiv fazaya keçməsini ən yaxından izləyənlər sırasında Rusiyanın “Vedomosti”RBC“Exo Moskvı”“Regnum”“İzvestiya” və digər media orqanları, Ukraynanın televiziya kanalları, sayt və onlayn jurnallarında “Report” İnformasiya Agentliyinin vebresursu olan “Report.az”da dərc edilən yazılar istinadla verilir.

Nəzərə alaq ki, bu gün Qarabağ dünyanın ən qaynar nöqtəsidir, regiona aid olmayan ölkələrin də mətbuatı münaqişəyə geniş yer ayırır.

Ermənistan terrorçularının beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, döyüş bölgələrindən kənarda yerləşən şəhərləri ağır silahlardan atəşə tutması ilə bağlı çoxsaylı xəbərlər və reportajlar da beynəlxalq mətbuatda “Report.az”a istinadla dərc olunur.

Həmçinin bir sıra disput portallarında aparılan müzakirələrdə də etibarlı mənbə kimi “Report”un dərc etdiyi yazılar şərh edilir.

Xarici ölkələrdə Qarabağ müharibəsi ətrafında müzakirələrin təşkil edilməsi də vacib məqamlardan biridir. Bu istiqamətdə “Report” İnformasiya Agentliyi Kiyevdə “Ukrayna xəbərləri” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa təşkil edib. Tədbir zamanı ukraynalı politoloqlar, ekspertlər, tarixçilər, mədəniyyət xadimləri Qarabağdakı vəziyyəti və hadisələrin beynəlxalq proseslərə təsirini müzakirə ediblər. Çıxışçılar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğunu və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini söyləyiblər.

Ümumilikdə bu dəyirmi masa zamanı olan müzakirələr barədə xəbərləri 50-dən çox Ukrayna və Türkiyə xəbər saytı dərc edib.

“Report” İnformasiya Agentliyinin Analitik şöbəsi də ötən ay ərzində müharibənin siyasi, iqtisadi və digər tərəflərini əhatə edən 100-dək material hazırlayıb. Digər vacib məsələ isə hazırlanan analitik yazıların xarici medialarda dərc olunmasıdır.

Bu günlər elan olunan qələbə xəbərləri 30 ilə yaxındır doğma yurd-yuvasından didərgin düşən insanların sevinc göz yaşlarına səbəb olur. Redaksiyamızda Vətən həsrəti ilə yaşayan əməkdaşlar da daxil olmaqla öz ata-baba yurdunun azad olunması xəbərini alan şəxslər də hisslərini “Report”la bölüşür.

Ön cəbhədə olan qələbələrimizə arxa cəbhədə koronavirusla mübarizədə də dəstək olmağın vacibliyini hər kəs anlayır. Bu işdə də “Report” əhalinin maarifləndirilməsi istiqamətində dayanmadan iş aparır. Təkcə ötən 1 ay ərzində koronavirus mövzusunda Report.az-da 500-dən çox xəbər, şərh, rəy və digər multimedia materialları dərc olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO