Gündəm 13.07.2023 19:41

Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – ANALİTİKA - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi azərbaycanlıların Ermənistan vətəndaşı hüququ təmin olunacaq?” adlı süjetdə rəsmi Bakının və beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşaması üçün bütün təminatları verdiyi vurğulanır.

Bildirilir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar: “Azərbaycan ölkə Konstitusiyasına tabe olan bütün vətəndaşların təhlükəsizliyini təmin edir və bununla dövlətin əsas qanununa tam əməl edir.  Rəsmi Bakının vətəndaşları olan ermənilərə Azərbaycan ərazisində təhlükəsiz yaşamasına təminat verməsini beynəlxalq ictimaiyyətdə də dəstəkləyir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin deyib ki, ermənilər Qarabağda Azərbaycanın tərkibində təhlükəsiz yaşıya bilərlər”.

Süjetdə separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə “yardım məktubu” ünvanlamasına da yer verilib: “Bu onu göstərir ki, Azərbaycanın və beynəlxalq ictimaiyyətin təminatı və dəstəyinə araiklər məhəl qoymaq istəmirlər. Bunlar öz soydaşlarının, yəni ermənilərin başını bəlaya salıb. 100 ildir xülya ilə yaşadıqlarını reallıq kimi qəbul edən bu ünsürlər Azərbaycanın ərazi bütövlüyü, sülh, təhlükəsizlik və regional əməkdaşlıq üçün böyük maneə və əngəl yaradırlar”.

Həmçinin ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığı ilə bağlı pozulan hüququna  göz yumduğu vurğulanır, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın rəsmi İrəvanın öhdəliyi kimi göstərilir.

Analitik süjet bu fikirlə yekunlaşır: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yığcam şəkildə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığının təmin olunması ilə yanaşı, qərbi azərbaycanlıların güc tətbiqi ilə məhrum edildikləri  Ermənistan vətəndaşı hüququnun da təmin olunması ədalətin qələbəsi olar. Bu, regionda etimad və etibar mühitinin gücləndirər, daimi və davamlı sülhün yaranmasına təkan verər. Bu, Azərbaycanın Ermənistan ərazi iddiası deyil, qərbi azərbaycanlıların repatriasiyası və ya vətəndaşlığının tam təmini deməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Siyasi / 13.07.2023 19:41
Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – ANALİTİKA - FOTO - VİDEO
Dünya, Təhlil / 13.07.2023 14:12
NATO sammiti – İsveçdən vəd, Türkiyədən razılıq – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 13:51
“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı? – ANONS
Dünya, Mətbuat, Video müsahibə / 12.07.2023 19:35
Ermənilər Qırxbulaq mahalına necə yerləşdirilib? - FOTO - VİDEO
Hadisə / 12.07.2023 13:45
Qırxbulaq mahalı – xəyanətin qurbanı – ANONS
Mədəni / 11.07.2023 20:05
Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar - FOTO - VİDEO
Dünya, Təhlil / 11.07.2023 10:09
Ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir – TƏHLİL
Müsahibə, Video müsahibə / 10.07.2023 20:03
“Nüvədililər də öz döğma kəndinə qayıdacaqlar” - FOTO - VİDEO
Təhlil / 10.07.2023 10:02
Rəsmi İrəvana etimadın yaranmasını əngəlləyən ölkə – TƏHLİL
Dünya / 07.07.2023 19:53
“Mən öz torpağımın vətəndaşıyam”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Hadisə / 07.07.2023 14:19
Parisdə yaşayan Qərbi azərbaycanlı: “Güllübulağa qayıdacağıq” – ANONS
Dünya, Siyasi, Təhlil, Video müsahibə / 06.07.2023 19:36
Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan - FOTO - VİDEO
Dünya, Siyasi / 06.07.2023 15:06
Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri – ANONS
İdman / 06.07.2023 12:44
Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşada klubunu dəyişib - FOTO
Siyasi, Video müsahibə / 05.07.2023 19:41
Erməniləşdirilən Karbibasarda “yerləşdirmə əməliyyatı” - FOTO - VİDEO
Siyasi / 05.07.2023 14:53
Ermənilər Karbibasar mahalını necə parçaladılar? – ANONS - VİDEO
Mədəni, Video müsahibə / 04.07.2023 20:03
Vedibasar xalçasının digər xalçalardan fərqi - VİDEO
Sosial / 03.07.2023 20:03
Ermənistan 700 milyard dollar həcmində təzminat ödəməlidir - FOTO - VİDEO
Dünya, Təhlil / 03.07.2023 15:22
“Fransa xalqı yenidən kef edəcəkmi?” – TƏHLİL
Mətbuat / 01.07.2023 11:17
Oxu.az xəbər saytı 10 illiyini qeyd edir - FOTO - VİDEO
Gündəm / 01.07.2023 06:57
Erməniləşən Makron – iflasa uğrayan Cənubi Qafqaz siyasəti – TƏHLİL
Maraqlı, Sosial, Video müsahibə / 30.06.2023 20:00
Bazarda torba satan kor erməni pulu daşnaklara verirdi - FOTO - VİDEO
Hadisə / 30.06.2023 14:38
Saralda erməni qətliamı – Azərbaycanlı poçtalyonun dramı – ANONS
Gündəm / 28.06.2023 06:03
Azərbaycanda Qurban bayramıdır
Sosial / 27.06.2023 19:51
Şəhid anasının Vətən acısı - VİDEO
Gündəm / 27.06.2023 14:11
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib