Siyasi 12.12.2023 20:16

Erməni nağılçı: “Əsl qurtuluş daxildən başlamalıdır, çünki biz daxildən xəstəyik” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İddia: “Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır” adlı süjet efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə erməni tarixçi və nağılçılarının onların xəstəliyinin sağalmaz mərəz olması, hayların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması ilə bağlı etiraflarından bəhs olunur.

Rakus.az xəbər verir ki, verilişdə erməni tarixçi, yazıçı və nağılçılarının erməni xəstəliyinin sağalmaz mərəz olması, onların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması barədə etiraflarından bəhs olunur.

Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdışı konsepsiyasının mahiyyətində 1988-ci ildə öz yaşadıqları yurdlardan qovulmuş azərbaycanlıların Vətəninə qayıdışını ehtiva edən humanist məramlar durur: “Ancaq millətçilik və faşizm ideyaları ilə yoğrulmuş Ermənistan ictimaiyyəti bu sadə gerçəyi anlamaq iqtidarında deyil. Özləri hiyləgər və fürsətçil olduqları üçün hər kəsdə oxşar cizgiləri axtırırlar. Elə son günlərdə İrəvanda başlayan oyunbazlıqaların mahiyyətində bu dayanır. Qarabağ gerçəkliyini qəbul edə bilməyən ermənilər indi də gülünc qanun layihəsi oyunu düzəldirlər. Bununla da Qərbi Azərbaycanlıların qayıdışının qarşısını almaq üçün özünümüdafiə sipəri yaratmaq istəyirlər və bunu açıqca etiraf da edirlər”.

Diqqətə çatdırılır ki, erməni tarixçiləri və fəalları özlərinin dövlətçiliyinin olmadığını etiraf edirlər: “Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Hökumət Qarabağ məsələsini gündəmdən çıxaran kimi Azərbaycan Qərbi Azərbaycan məsələsini gündəmə gətirir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Azərbaycan bu müharibədə uduzsa da sülh müqaviləsi imzalamadı. Atəşkəs edib qüvvə topladı ki, öz torpaqlarını qaytarsın. Hər bir vətəndaş Qərbi Azərbaycanın hansı təhlükə olduğunu bilməlidir. Azərbaycanlıların Ermənistana köçəcəyi halda axırımız necə olacaq?! Bizim hakimiyyət orqanlarımız 300 min azərbaycanlının Ermənistana köçürülməsinə razılıq verib”.

Süjetdə keçmiş deputat Tatevik Hayrapetyanın fikrinə də yer verilir: “Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qalmamalıdır. Çünki o, ölkəni bu böhrandan çıxara bilmir. Biz niyə Qərbi Azərbaycandan və azərbaycanlıların qayıdışından danışırıq?! Burada dinc azərbaycanlıların qayıdışından söhbət getmir. Bu, Azərbaycanın düşünülmüş strategiyasıdır. Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır. Ermənistan hakimiyyətinin uğursuz diplomatiyası Qarabağın itirilməsinə gətirib çıxardı və Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyur”.

Sonda vurğulanır ki, erməni revanşistlərin bu sərsəm bəyanatları onları xaricdən maliyyələşdirənləri razı salmaq mənşəli olsa da bu hərəkət erməni cəmiyyətinin düzgün yetişdirilməməsi hesabına formalaşan xəstə təxəyyüllərlə bağlıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 12-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 12.12.2023 20:16
Erməni nağılçı: “Əsl qurtuluş daxildən başlamalıdır, çünki biz daxildən xəstəyik” - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi, Video müsahibə / 12.12.2023 19:12
“Azərbaycanlı həkimlərin Ermənistanda işləməsinə imkan vermirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 12.12.2023 17:28
Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİR - FOTO - VİDEO
Siyasi / 12.12.2023 14:05
“Ermənilərin riyakarlığı hələ ana bətnində yaranır” – ANONS
Müsahibə, Siyasi / 12.12.2023 12:46
“Vətənindən qovulan insan heç vaxt Vətənini unutmaz” – ANONS - VİDEO
Gündəm / 12.12.2023 10:00
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO - VİDEO
Gündəm / 12.12.2023 00:01
Ümummilli lider Heydər Əliyevin anım günüdür
Müsahibə, Video müsahibə / 11.12.2023 21:20
“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 11.12.2023 14:01
“Qarabağ erməniləri “miatsum” nağıllarından xilas ola bilmirlər” – BƏYANAT
İdman / 11.12.2023 13:02
Azərbaycanın futbolçu vəkilləri İtaliyada çempion olub - FOTO
Gündəm, Siyasi / 11.12.2023 11:58
QAİ-dən sabiq nazir Vardan Oskanyana TUTARLI CAVAB
Siyasi, Sosial / 11.12.2023 09:29
Ardanış Kənd İcmasında yeni şuralar yaradılıb – SİYAHI
Elm və təhsil, Maraqlı / 10.12.2023 19:53
Ölüm Hökmünə dözməyib ürəyi partlayan Qərbi azərbaycanlı - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 09.12.2023 20:11
Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi - FOTO - VİDEO
Maraqlı, Müsahibə / 08.12.2023 20:38
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO
Dünya, Təhlil / 08.12.2023 16:19
Rəsmi Bakı-İrəvan yaxınlaşması – sülhə aparan açıqlama – TƏHLİL
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO