Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit poll”da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir.
Rakus.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
13:45
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit poll”da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir.
Rakus.az xəbər verir ki, həmin mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit poll” keçirir.
Xatırladaq ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
“Report”