Təhlil 19.07.2024 16:54

Riskli ölkəyə çevrilən Ermənistan – TƏHLİL

Ermənistan hələ də dövlət ola bilmir. Etnos və bir ölkə kimi daim hansısa dövlətin himayəsi altında yaşamaq onların mövcudluğunun başlıca prinsipidir. Son 6 ildə hakimiyyətə gələn yeni qüvvələr istiqamət olaraq Qərbi seçsə də bu, ölkənin gələcəyi ilə bağlı ziddiyyətli vəziyyət yaradıb. Rəsmi İrəvan şimal və qərbə baxmaqla qeyri-müəyyən vəziyyətini davam etdirir.

Bu, özünü bütün istiqamətlərdə göstərir. Ermənistanın iqtisadiyyatı, enerji təchizatı, pul transferləri Rusiyadan asılı vəziyyətdədir. Federasiyanın ölkə ərazisində hərbi hissələri dislokasiya olunub. Sərhədləri Rusiya tərəfindən mühafizə olunur. Ölkə əhalisi sosial-iqtisadi vəziyyətin ağırlığı səbəbindən Rusiyaya və Avropa ölkələrinə üz tuturlar.

Ölkə iqtisadiyyatının inkişafına dair hakimiyyətyönümlü mənbələr müxtəlif məlumatlar yayır. Ancaq reallıq odur ki, bu ölkəyə sərmayə qoymaq, onunla münasibətlər qurub əməkdaşlıq etmək risklidir. Ölkənin əsas hasilat sahələrindən biri sayılan Zəngəzur mis-molibden yatağında işlər çoxsaylı problemlər səbəbindən fəaliyyətini azaldıb.

Rusiyadakı erməni milyonçu iş adamları ölkə iqtisadiyyatına sərmayə qoymurlar. Keçmişdən qalma Qagik Tsaurkyan kimi iş adamlarının obyektləri ya bağlanır, ya da cəzalandırılır. Yeni biznesmen təbəqəsinin yaranması üçün şərait və dəstək yox dərəcəsindədir.

ABŞ Dövlət Departamenti də Ermənistanda investisiya mühitində problemlərin olduğunu bəyan edib.

Bildirilib ki, ölkədə investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiyanın olduğu vurğulanır. Sənəddə bildirilib ki, qanunlar xüsusən əsas institutlarda, ən çox da məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.

Departamentin hesabatında bildirilib: “Müəssisə rəhbərləri Ermənistanın bir çox məhkəmə orqanlarının səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkdiklərini, ona görə də bu sistemin sistemin gücləndirilməsini zəruri olduğunu vurğulayıblar”.

Sənədə əsasən, biznes assosiasiyaları vergi, gömrük, tibb, təhsil, hüquq-mühafizə orqanlarında geniş islahatlara ehtiyac var.

Ermənistanda şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitini təmin etmək üçün həllini gözləyən çoxsaylı problemlər qalmaqdadır.

Hökumətin özəl sektorla dialoqlu qaneedici sayılmır. Hesabatda həmçinin dövlət məmurlarının investorların üzləşdiyi problemləri tez bir zamanda həll etmək imkanları ilə bağlı problemlərin olduğu müəyyən edilib. Dövlət Departamenti digər məsələlərlə yanaşı, Ermənistanda istehlakçıların məhdud alıcılıq qabiliyyəti ilə bağlı problemlərə də işarə edib. Bundan başqa ölkədə məmurlar qanunun aliliyini qorumur, vətəndaşlar arasında ayrı-seçkilik edir, etik davranışı problemi mövcuddur.

Hökumətin fəaliyyəti nəticəsində yaranana belə bir şərait isə əlverişli biznes mühiti üçün təhlükəli sayılır.

Ermənistan hökuməti bu kimi problemlərin, o cümlədən korrupsiya hallarının aradan qaldırılacağına söz versə də, bu sahədə cinayət törədilməkdədir.

İqtisadiyyat Nazirliyində baş verən korrupsiya qalmaqalının xatırlamaq kifayətdir.

Ermənistan hərbi sahədə də riskli addımlar atır. Bu yaxınlarda Vaşinqton və İrəvan arasında keçirilən “Eagle Partners” hərbi təlimləri keçirilib. Belə bir tədbirin keçirilməsindən ilk növbədə Rusiya narahatlığını və narazılığını gizlətmir. RF-nin Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur.

ABŞ dövlət katibinin müavini İzra Zeya ötən gün İrəvanda səfərdə olub. O bildirib ki, Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi işləyəcək: “Biz mülki-müdafiə və təhlükəsizlik sahəsində ABŞ ilə Ermənistan arasında əməkdaşlığın dərinləşməsini alqışlayırıq”. Müavin onu da vurğulayıb ki, bu, strateji tərəfdaşlığın yeni mərhələsidir.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) münasibətlərini, Rusiyanın hərbi bazalarının gələcəyini həll etmədən Müdafiə Nazirliyində amerikalının işləməsinə şəraitin yaradılması ölkə üçün daha bir riskli vəziyyəti yaradır.

Ermənistanın riskli ölkə olduğunu belə sıralamaq olar:

– Qərblə Rusiyanın ziddiyyətlərinin toqquşması;

– korrupsiyanın bütün sahələri əhatə etməsi;

– iş adamları arasında ayrı-seçkiliyin (adamlı, adamsız kateqoriyalara bölünmə) hökm sürməsi;

– hərbi sahədə ziddiyyətli əməkdaşlığın edilməsi;

– cəmiyyətdə ümidsizliyin artması;

– NATO ilə əməkdaşlığın ABŞ ilə pərdələnməsi;

– siyasi müxalifətin formalaşmaması;

– Ermənistan hakimiyyət nümayəndələrinə qarşı terror aktların törədilməsi ehtimalı;

– Rusiyanın rəsmi İrəvana xəbərdarlıqları və s.

Riskli Ermənistan regiona üçün də təhlükə mənbəyidir. Bu ölkənin ən düzgün çıxış yolu region ölkələri, xüsusi ilə Azərbaycan və Türkiyə ilə münasibətləri notmallaşdırmasından keçir. Ermənistanda risklilik dərəcəsi artdıqca onun dövlət kimi daha da zəifləməsi, mahiyyətinin itirməsi ilə nəticələnə bilər….

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO