Siyasi 28.08.2024 18:59

Rizvan Nəbiyev: “Abşeronlu gənclərin xaricdə təhsil almasına nail olmalıyıq” - FOTO

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rizvan Nəbiyev seçicilərlə görüşlərini davam etdirir.

Rakus.az xəbər verir ki, Rizvan Nəbiyev avqustun 28-də seçkiqabağı təşviqat çərçivəsində Abşeron rayonunda seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə ictimaiyyət nümayəndələri ilə yanaşı, gənclər və idmançılar, eləcə də idmansevərlər iştirak ediblər.

R.Nəbiyev Seçki Platformasında yer alan müxtəlif məsələlər, o cümlədən rayonun dayanıqlı və təmiz inkişafına yönəlmiş hədəflər barədə çıxış edib.

O, tədbirdə dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına ayrılan diqqət və qayğıdan, idmançılarımızın Paris Olimpiadasındakı uğurlarından danışıb, ölkəmizə daima qələbə sevincini yaşadan idmançılarımıza, təhsil və elm sahəsində yeni-yeni uğurlara imza atan gənclərimizə bir daha müvəffəqiyyətlər arzulayıb.

R.Nəbiyev çıxışında gənclərin daha yüksək təhsilə yiyələnməsi ilə bağlı Seçki Platformasında hədəf götürdüyü məsələlərdən də söz açıb. Onun bu barədə çıxışı gənclərin təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xaricdə təhsil məqsədi ilə təqaüd imkanlarının təşviqi, xarici dil biliklərinin artırılması və s. mövzuları əhatə edib.

Deputatlığa namizəd deyib ki, Abşeronlu gənclərin xaricdə daha çox təhsil almasına nail olmalıyıq.

O, qaçqınlıqdan diplomatiyadək keçdiyi həyat yolunda təhsilin oynadığı rolu xüsusi vurğulayıb, eyni zamanda, gənclərin asudə vaxtlarını sağlam və səmərəli keçirməsi üçün müxtəlif məkanların – futbol meydançaları və s. yaradılmasına nail olunmasının önəminə toxunub.

Səmimi mühitdə keçirilən görüşün sonunda R.Nəbiyev seçiciləri diqqətlə dinləyib, sonra onların təklif və müraciətləri əsasında fikir mübadiləsi aparılıb.

Növbədənkənar parlament seçkilərində aktiv iştirak edəcəklərini söyləyən seçicilər layiqli namizəd Rizvan Nəbiyevə səs verəcəklərini bildiriblər.

Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO