Siyasi 27.08.2024 12:35

Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rizvan Nəbiyev seçicilərlə görüşlərini davam etdirir.

Rakus.az xəbər verir ki, Rizvan Nəbiyev avqustun 26-da seçkiqabağı təşviqat çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərində seçicilərlə yaddaqalan görüş keçirib.

O, çıxışı zamanı ənənəvi olaraq seçiciləri Seçki Platforması ilə tanış edib və hədəf götürdüyü məsələlərlə bağlı onları məlumatlandırıb.

Deputatlığa namizəd seçicilərin etimad göstərəcəyi təqdirdə Abşeronda aktual məsələlərin həllinə qanunvericilik çərçivəsində dəstək verilməsi üçün çalışacağını söyləyib.

R.Nəbiyev Qalib Azərbaycanın tərəqqisi naminə hər kəsi məsul olduğu sahə üzrə daha inamla çalışmağa dəvət edib və bir daha vurğulayıb ki, hər zaman seçici ilə millət vəkili arasında davamlı və səmimi dialoq qurulmasının tərəfdarı olacağam: “Bunun üçün seçicilərinin səsinə və dəstəyinə ehtiyac duyulur”.

Səmimi mühitdə keçirilən görüşdə seçicilər R.Nəbiyevi dəstəklədiyini və ona etimad göstərəcəklərini bildiriblər.

Rizvan Nəbiyev özünün feysbuq səhifəsində görüşlə bağlı təəssüratlarını yazıb: “Bu dəfə də seçicilərlə görüşümdə iştirak edən müəllimlərlə həmsöhbət olmaq imkanımız yarandı. Təklif etdik ki, deputat seçiləcəyim təqdirdə mütəmadi olaraq məktəblərdə şagirdlərlə dialoqlar həyata keçirə bilərik. Düşünürəm ki, şagird-millət vəkili dialoqu bu istiqamətdə müsbət nəticələr verə bilər. Pedoqoji fəaliyyətlə məşğul olduğumu nəzərə alsaq, müəllimlik mənim üçün həmişə doğma peşə olub. Bu müqəddəs peşənin sahiblərindən xeyir-dua almaq isə mənə əlavə ruh verir”.

Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
ruh verir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO