Mətbuat 03.01.2025 13:28

“2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” – MƏQALƏ

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin “2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” sərlövhəli məqaləsində bildirilib.

Məqalədə daha sonra deyilir:

Şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası

Dövlətimizin cəbhədə beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə əldə etdiklərininn qlobal diplomatik müstəvidə təsdiqinin davamı əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərindən olacaq.

Ümid edək ki, Polşanın rotasiya prinsipi üzrə sədrliyə başladığı Avropa İttifaqı müddəti 2025-ci ilin fevral ayında başa çatacaq Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv etmək təklifi ilə çıxış edəcək. Bu missiya patrulluq müddətdə Azərbaycan tərəfinin bir dəfə də olsun, hansısa ciddi sərhəd pozuntusu etməsini qeydə almayıb.

Şərqlə Qərb arasında birləşdirici həlqə rolunu oynayan Azərbaycan 2025-ci ildə də regional və qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırmaqda davam edəcək. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki de-fakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

ATƏT-in Minsk qrupunun buraxılması

Xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun ləğvi öndə dayanır. Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıq diktə edir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxıb. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Minsk qrupunun ləğvi ilə bağlı yanaşmasını “konstruktiv yanaşma” adlandırması və ötən ilin dekabrında “1994-cü ildən (ATƏT çərçivəsində – müəllif) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı” barədə açıqlaması da Minsk qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər.

Ermənistanın silahlanması sülhə təhlükədir

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan hərbi xərclərini yeni rekord – 8,4 milyard manat səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərir”. Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, yalnız 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il postsovet məkanında ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin ən yüksək göstəricisi də məhz Ermənistanda oldu (4.2 %).

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu mövzuda etdiyi xəbərdarlıq ciddi təhdidlərdən xəbər verir: “Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər”.

İdeoloji təhlükəsizliyin təmini

Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycana qarşı ideoloji təxribatlar artmağa başlayıb. Bu təxribatlar müxtəlif platformalar mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsi ilə həyata keçirilir. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının 2024-cü il dekabrın 21-də yaydığı hesabatda bildirilir ki, xüsusilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeydə alınıb.

Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində “Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür” mesajı dövlətimizin bu istiqamətdə də dəyişikliklər tələbini və gözləntisini ifadə edir.

Prezidentin prinsipial xarici siyasət kursu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində şanlı ordumuzun torpaqlarımızın qanunsuz işğalına son qoyması regional və beynəlxalq əməkdaşlıq üçün çox əlverişli və region dövlətlərinin mənafeyinə xidmət edən şərait yaradıb. Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektorun da bu sahəyə cəlb edilməsi planlaşdırılır.

Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır. Ənənəvi dost dövlətlərlə əlaqələr daha da gücləndirilir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsi ilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir.

2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədi ilə dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayrılması bu sahənin də prioritet istiqamətlərdən olduğunu göstərir.

Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən beynəlxalq təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin yüksəlməsinə xidmət edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO