Elm və təhsil 05.03.2025 22:49

“1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilərin 600 il yalanını ifşa edən qədim xəritə və mənbələr” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə ermənilərin 600 il yalanını ifşa edən qədim xəritə və mənbələrdən danışıb.

O bildirib ki, 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib: “Orada Ermənistan adı və ya erməni adları yoxdur. Mappomundoda Xəzər dənizinin qərbində olan yer adları hamısı azərbaycanca verilib. 15-ci əsrdə yezuid keşişi Fra Mauro yer adlarını Azərbaycan dilində verib. Türk sərkərdəsi Əmir Teymurun sarayında olan ispan səfirinin Qafqaz qeydlərində Azərbaycan adları çəkilir. Əmir Teymura həsr olunan Zəfərnamələrdə Azərbaycanın yer adları qeyd olunub. Onun sözlərinə görə, Zəngəzur haqqında yazan 15-ci əsr səyyahı azərbaycanlıların adətlərindən, yaşamından yazıb: “Erməniyyə ifadəsi ilə Ermənistan sözünü eyniləşdirmək olmaz. Roma coğrafi nomenklaturasında  işlənən Armeniyanın ermənilərə aidiyyatı yoxdur. Qərbi Azərbaycan-Şərqi Anadolu ayrılmaz bir coğrafiyanın tərkib hissəsi olub. Polibi e.ə II əsrdə türk adlarını qeyd edib, amma erməni ifadəsi işlətməyib. Qafqazda Armeniya adı qeyd olunan qədim mənbə yoxdur. Erməni tarixini ancaq əfsanələr bilən keşişlər yazıb. Erməni keşişləri tarix bilmirdilər. Erməni keşişləri eşitdikləri nağılları tarix kimi yazıblar”.

R.Əlizadə Əmir Teymurun Azərbaycan ərazisində niyə Qarabağda məskunlaşmasına və Anadoluda Rusiya nümyəndəsinə yaxınlaşan ermənilərin ona nə dediyinə də aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 06.03.2025 10:48
Ülviyyə Qarayeva: “Plagiat layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb”
Elm və təhsil / 05.03.2025 22:49
“1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib” - VİDEO
Elm və təhsil / 05.03.2025 13:44
Erməni tarixini keşişlər yazıb – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.03.2025 12:10
Ukraynanı daha çətin günlər gözləyirmi? – TƏHLİL - FOTO - VİDEO
Siyasi, Sosial / 04.03.2025 22:17
Arazdəyən, Aralıq, Aralıq Qoyun – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Müsahibə / 04.03.2025 19:01
“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO
Siyasi, Sosial / 04.03.2025 14:36
Ermənilərin xaraba qoyduğu məskənlər – ANONS - VİDEO
Hərbi / 04.03.2025 11:37
Ermənistanda “silahlanma yarışı” gedir – ANONS - VİDEO
Mədəni / 04.03.2025 00:01
Bu gün Od çərşənbəsidir
Müsahibə / 03.03.2025 22:09
“Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi” - FOTO - VİDEO
Təhlil / 03.03.2025 16:05
Vaşinqtonla Kiyevin mübahisəsi – ABŞ – Aİ “toqquşması” – TƏHLİL
Siyasi / 03.03.2025 12:42
“Londonun Kiyevə hərbi dəstəyi Avropanın təhlükəsizliyi üçün də önəmlidir”  - FOTO - VİDEO
Mədəni, Siyasi / 01.03.2025 22:12
“Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar” - FOTO - VİDEO
Mədəni / 01.03.2025 14:22
İstisuda qadınların “parçakəsdi” mərasimi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 28.02.2025 22:41
“Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar” - FOTO - VİDEO
Təhlil / 28.02.2025 15:56
Regional reallıq – PKK arxivə göndərilir – TƏHLİL
Siyasi / 28.02.2025 15:23
Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO
Elm və təhsil, Siyasi / 28.02.2025 13:40
Ermənilər dərs saatlarımızı vermirdilər – Mahir Məsimovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.02.2025 22:38
Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO
Təhlil / 27.02.2025 17:17
Erməni hamisi Zatulin – zühur edən “qırxıqbaş” – TƏHLİL
İqtisadi, Siyasi / 27.02.2025 13:34
Zəngəzurdan Naxçıvana keçid olacaq? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 27.02.2025 10:23
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTO - VİDEO
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO
Təhlil / 26.02.2025 17:47
Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL
Elm və təhsil / 26.02.2025 13:39
Fransız səyyahları İrəvan haqqında nə yazıb? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 26.02.2025 12:47
Xocalı cinayətini törədənlərin cəzalandırılması vacibdir - FOTO - VİDEO