Ronaldo üçün soyundu - FOTO
Martın 21-də AVRO-2020-nin seçmə qrup mərhələsinə start veriləcək.
Rakus.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı aktrisa Paula Labaredas ilk tur öncəsi maraqlı addıma əl atıb.
Belə ki, 36 yaşlı Labaredas Portuqaliya millisinə, xüsusən də, komandanın kapitanı Kriştianu dəstək məqsədilə çılpaq şəkillər çəkdirib. O, bu çılğın addımla yığmasının Ukrayna və Serbiya ilə oyunöncəsi komandaya əlavə ruh yüksəkliyi verəcəyini düşünür.
Kameraların qarşısına keçən Labaredas müxtəlif pozalarda şəkillər çəkdirib. 2 yaşından ailəsi ABŞ-a köçən aktrisanın üzərində Portuqaliya bayrağı olan alt paltarı və topla çəkdirdiyi şəkillər ölkəsində gündəmi zəbt edib.
Qeyd edək ki, Portuqaliya yığması martın 22-də Ukraynanı, 25-də isə Serbiyanı qəbul edəcək. (Matc.az)