Röya “Torqovı”da belə gəzdi - VİDEO
Xalq artisti Röya Ayxanın qalmaqallı imic dəyişikliyinin sirri ortaya çıxıb.
Rakus.az xəbər verir ki, sənətçi fərqli obrazda “Qəribə dünya” adlı yeni bəstəsinə ekran həyatı verib.
İnsanların kütləvi şəkildə axın etdiyi, lakin hazırda karantində olan “Torqovı” kimi tanınan “Fəvvarələr Meydanı”nın boş olmasını nəzərə alan Röya klipinin əksər görüntülərini bu ərazidə lentə alıb.
Qaralara bürünən müğənninin “body”də “Torqovı” ərazisində gəzməsi sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və təəccüblə qarşılanıb.
Xalq artisti seksual “look”unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb. Çəkmələrin müəllifi gürcü dizayner Datuna Sulikaşvilidir.
Stilist və vizajist Anar Ağakişiyevin beyninin məhsulu olan sənətçinin 180 dərəcəlik dəyişimi və açıq-saçıq fotosessiyası Röya Ayxanı digər həmkarları ilə üz-üzə qoysa da, yaxın günlərdə Xalq artisti daha bir möhtəşəm işini izləyicilərin ixtiyarına verəcək.