Dünyanın spikerləri Vyanaya toplaşacaqlar
Avstriya Milli Şurasının (Parlament) sədri Volfqanq Sobotka məlumat verib ki, gələn il Avstriya dünya ölkələri parlament rəhbərlərinin toplantısına ev sahibliyi edəcək.
Rakus.az xəbər verir ki, o, Beynəlxalq Parlamentlərarası İttifaqın bu toplantı üçün Vyana şəhərini seçməsindən məmnunluq ifadə edib.
Parlament sədri, toplantının gələn ilin avqust ayında reallaşacağına deyib.
Üç gün davam edəcək beynəlxalq toplantıda 178 ölkədən 1200-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Xatırladaq ki, ilk dəfə 2000-ci ildə reallaşan bu tədbirə Nyu-York (2000, 2005 və 2015-ci illər) və Cenevrə (2010-cu il) ev sahibliyi edib. Əsası 1889-cu ildə qoyulan Parlamentlərarası İttifaqa hazırda dünyanın 178 ölkəsinin milli parlamenti və 10 assosiativ birlik üzvdür.