Rus rublu dəyərini itirir- Putin isə “güclənir” – TƏHLİL - FOTO
Rusiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların rəsmi Moskvaya yeni raund sanksiylar tətbiq etməsini “təəssüfedici” adlandırıb.
Rakus.az xəbər verir ki, cümə axşamı qüvvəyə minən yeni sanksiyalar Rusiyanın sabiq casusu Britaniya ərasisisndə zəhərlədiyinə cavab olaraq tətbiq olunub.
Vaşinqton hələ ötən il QRU-nun sabiq polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Salisburi şəhərində zəhərlənməsindən sonra Rusiyaya qarşı ölçülər götürmüşdü.
Həmin hücumdan sonra Avropa ölkələri və ABŞ 100-dən çox rus diplomatını ölkələrindən qovmuşdular.
(Sergey Ryabkov)
Prezident Donald Trampın imzaladığı yeni sanksiya ölçüsü Dünya Bankının kimyəvi və atom silahlarından istifadə etdiklərinə görə ABŞ sanksiyaları ilə üzləşdiyi ölkələrə borc pul verməsini dayandırır.
Avqustun 2-də, cümə günü Trampın ölçüsündən sonra bir dolların dəyəri 65 rus rubluna bərabər olub.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın son addımını pisləyib.
“Fikrimcə, bu, ABŞ-ın daxili siyasəti ilə bağlıdır”, – xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov Suriyadan tutmuş Ukrayna məsələlərinədək bir çox səbəblər üzündən ABŞ-Rusiya münasibətlərinin pisləşməsindən və bu münasibətlərin Amerikada siyasi futbola çevrilməsindən gileylənib.