Rusiya ABŞ-ın balistik raket sınağından narahatdır
Rusiya ABŞ-ın ləğv olunmuş Orta Mənzilli Nüvə Qüvvələri Razılığı altında qadağan olunan yer üzərindən atılan balistik raketini sınaqdan keçirdiyinə görə narahat olduğunu bildirib.
Rakus.az xəbər verir ki, Birləşmiş Ştatlar sınağı cümə günü keçirib.
Vaşinqton Rusiya ilə 1987-ci ildə əlvə olunan nüvə razılığından avqust ayında Moskvanın razılığı pozduğunu müəyyən edəndən sonra çıxıb. Kreml isə bu ittihamı rədd edir.
“Bu, bizi narahat edir. Əlbəttə ki, biz bunu nəzərə alacağıq”, – Xarisi İşlər Nazirliyinin silahlara nəzarət və silahların yayılmaması departamentinin başçısı Vladimir Ermakov bildirib.
Bu, Birləşmiş Ştatların keçirdiyi və razılıq altında qadağan olunan ikinci sınağıdır və Rusiya ilə Birləşmiş Ştatlar altında başqa nüvə silahlarına nəzarət razılığının əldə olunsamısnı sual altına alır.
İki ölkə arasında digər mühüm nüvə silahlarına nəzarətlə bağlı saziş Neu START 2021-ci ilin fevral ayında başa çatacaq və Moskva xəbərdarlıq edib ki, artıq onu tam əvəzləyəcək sazişlə bağlı danışıqlar aparmaöa kifayət qədər vaxt qalmayıb.