Təhlil 28.05.2019 04:45

Rusiya əfqanların görüşünə ev sahibliyi edir -TƏHLİL

Əfqanıstanın aparıcı müxalif siyasətçiləri və “Taliban” üsyançılarının nümayəndələri hər gün tələfatlara səbəb olan Əfqanıstan müharibəsinin sona çatıdrılmasına dair müzakirələr aparmaq üçün çərşənbə günü Rusiyada görüşəcək.

Rakus.az xəbər verir ki, Əfqanıstan konfransı Birləşmiş Ştatlar və “Taliban” arasında birbaşa sülh danışıqlarının üsyançıların bütün hərbi əməliyyatları ABŞ-ın başçılığı ilə beynəlxalq qüvvələr bütünlüklə Əfqanıstandan çıxarılmayana qədər dayandırmaqdan imtina etməsi ilə bağlı aylardır yavaşımadan sonra keçirilir.

Vaşinqton hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasını “Taliban” tərəfindən əks-terror əməliyyatlarının dayandırılması, hərtərəfli atəşkəs və üsyançı qrupun düşmənçiliyə son qoyulması üçün Əfqanıstan hökuməti və digər qruplarla sülh dialoqunda iştirakına dair qarantiyalarla əlaqələndirir.

Taliban qrupunun nümayəndə heyətinin üzvləri Moskvada Əfqanıstan konfransında, 6 fevral, 2019.
“Taliban” qrupunun nümayəndə heyətinin üzvləri Moskvada Əfqanıstan konfransında, 6 fevral, 2019.

Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, çərşənbə günü sülh danışıqlarından öncə “Taliban” nümayndələri və Əfqanıstan siyasətçiləri Moskva və Kabil arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə çərşənbə axşamı günü keçiriləcək tədbirə qatılacaq. Xarici işlər naziri Sergey Lavrovun tədbir iştirakçılarını salamlayaraq nitq söyləyəcəyi bildirilir.

Tədbirə qatılanlar arasında Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai və Əfqanıstanın Sülh Şurasının rəhbəri Məhəmməd Kərim Xəlili də olacaqlar. Sülh Şurası qarşısında əsas vəzifə silahlı qruplar arasında barışığın əldə edilməsinə nail olmaqdan ibarətdir.

“Taliban” sözçüsünün bildirdiyinə görə, qərargahı Qətərdə yerləşən qrupun Moskvada keçiriləcək görüşdə iştirak etmək üçün 14 nəfərdən ibarət nümayəndə heyətinə Molla Əbdül Qəni Baradar başçılıq edəcək.

Bu, “Taliban”ın yüksək səviyyəli rəsmiləri və Əfqanıstan müxalifətinin nümayəndələrinin Rusiyada keçirəcəyi ikinci görüş olacaq. Bu ilin fevral ayında keçirilən ilk görüşdə üsyançıların etirazlarına görə Əfqanıstan hökumətinin nümayəndələri iştirak etməmişdi.

Rusiya regionda artan nüfuzu və “Taliban” qrupu ilə kontaktlarından istifadə edərək, son zamanlar Əfqanıstanda müharibəyə son qoyulması üçün diplomatik səylərini artırıb. Rusiya, Birləşmiş Ştatlar və Çin keçən ay keçirilən görüşdə üç ölkənin ABŞ-ın “Taliban”la müzakirə etdiyi sülh razılaşmasının planı üzrə razılıq əldə etdiyini bildirib. Razılığın detalları ilə bağlı məlumat verilməyib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO