Siyasi 31.05.2023 20:35

Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu qədim yaşayış məskənlərinin adını dəyişdirərək izini itirməyə çalışdıqları Dərəçiçək mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə ermənilərin zaman-zaman tarixi torpaqlarımızda oğuz-türklərinin tarixi-mədəni irsinə qarşı cinayətlər törətməsindən, saxtalaşdırmanın qurbanına çevrilən dədə-baba yurdlarımızdan olan bu mahaldan söz açılır.

 Bildirilir ki, indiki Ermənistan ərazisində olan bu coğrafi yaşayış yeri Əlibəy dağının ətəyində qədim məntəqədir və adı 1728-ci ildən məlumdur: “Kənd Dərəçiçək dərəsinin adı ilə adlanıb və 1847-ci ildə dəyişdirilərək Konstantinovka, daha sonra 1920-ci illərdə Zaxqadzor adlanıdırılıb. 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu olub.

1946-cı ildə erməni dilində Tsakadzor deyilib. 1959-cu ildə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırılıb. Osmanlı dövründə Dərəçiçək nahiyəsinin davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil idi. Sonra mahal ərazisində Yeni Bəyazid qəzası təşkil olunub.

Dərəçiçək İrəvan xanlığının Yeni Bayazid qəzasında, yəni əsl adı Axta, sonra isə Hrazdan adlandırılan rayonda şəhər tipli qəsəbədir. Burada 1897-ci ildə azərbaycanlılar yaşayıb. Lakin XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və yalnız ermənilər, ruslar məskunlaşıblar.

1931-ci ildə burada cəmi 1859 nəfər, yəni 3,6 faiz, 1959-cu ildə 1779 nəfər, yəni 6,9 faiz, 1970-ci ildə 2089 nəfər, yəni əhalinin 4,9 faiz türk qalıb. 1931-ci ildə oğuz-türklərin yaşadığı kəndlərin sayı isə cəmi 9 olub. Hazırda isə burada ancaq ermənilər yaşayır”.

Süjetdə xüsusi vurğulanır ki, XIX yüzilliyin əvvəllərindən etibarən ermənilərin əzəli Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsindən sonra tarixi irsimiz ardıcıl surətdə məqsədyönlü şəkildə məhv edilib, dağıdılıb. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalının kəndləri viran qoyulub. Dərəçiçək mahalı 37 kənddən ibarət idi və onların 16-sı müharibələr nəticəsində darmadağın edilib.

Beləliklə, Şimaldan Pəmbək vilayəti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə gölü arasında yerləşən, etnik tərkibi oğuz türklərindən ibarət olan bu mahalı da  ermənilər və havadarları ələ keçiriblər. Əminik ki, zaman, tarix gələcək havasına, suyuna görə ən səfalı oğuz yurdlarından sayılan bu məkan yenə öz doğma sakinlərinin yaşayış məskəni olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 31-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da Youtube kanalında azərbaycan və rus dilində yayımlanıb.

 

https://youtu.be/DHNMyGpsqA4

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO