Rusiya şahmatçısı qalib oldu
FIDE-nin təşkilatçılığı ilə sürətli şahmat üzrə “Women’s Speed Chess Championship” yarışı çərçivəsində iyulun 12-də onlayn Qran-pri turnirinin üçüncü mərhələsinin final yarışları keçirilib.
Rakus.az xəbər verir ki, yarışda Rusiya şahmatçısı Yekaterina Laqno çinli şahmatçı Hou Yifanı məğlub edərək yarışın qalib olub. Rusiyanın digər təmsilçisi Aleksandra Kostenyuk isə iranlı Sarasadat Hademalşarieh üzərində qələbə qazanaraq üçüncü yeri tutub.
Xatırladaq ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli Vencun Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.
Şahmatçımızın Qran-prinin birinci və ikinci mərhələlərində mübarizəsi də uğurlu alınmayıb.
Qran-pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də – Ümumdünya Şahmat Günündə baş tutacaq.