Mətbuat
04.03.2020
09:46
“Rusiyadakı erməni amili yenə öz sözünü deyir” – Əflatun Amaşov

Bakı. Rakus.az
Jurnalistika ənənələri ilə seçilən bir köklü media orqanı ermənilərin əlində oyuncağa çevrilir, prinsipsizlik göstərilir
Fevralın 24-də Rusiyanın məhşur “Nezavisimaya qazeta”sında və nəşrin saytında “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli yazı yayımlanmışdı. Yazıda 1988-ci ilin Sumqayıt hadisələrinin ermənilər tərəfindən məqsədli şəkildə törədilməsi faktlarla sübuta yetirilmişdi. Fevralın 27-də isə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan “Nezavisimaya qazeta”nı millətlərarası ədavəti qızışdırmaqda, ksenofobiyada, dini dözümsüzlüyün təbliğində ittiham etdi və məsələnin cinayət müstəvisində araşdırılması üçün bu ölkənin prokurorluğuna müraciət ünvanladı.
Elə həmin gün “Nezavisimaya qazeta”da müəllifi “Orbeli” adlı analitik mərkəzin eksperti Taron Oqenesyan olan “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material yayımlandı (http://www.ng.ru/cis/2020-02 27/5_7805_khodzhalu.html) Materialda Xocalı faciəsinin guya azərbaycanlıların özləri tərəfindən törədilməsi cəfəngiyyatı irəli sürüldü. Sözügedən yazı hələ də “Nezavisimaya qazeta”sının saytında qalmaqdadır. Ancaq “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli yazı saytdan yığışdırılıb (http://www.ng.ru/cis/2020-02-24/5_7801_tragedy.html).
Bəli, Rusiyadakı erməni amili yenə öz sözünü deyir. Durum acınacaqlıdır həqiqətən. Ona görə ki, jurnalistika ənənələri ilə seçilən bir köklü media orqanı ermənilərin əlində oyuncağa çevrilir, prinsipsizlik göstərilir. Vəziyyətin acınacaqlılığı həm də ondadır ki, belə aşağılayıcı yanaşmaya məruz qalan Rusiya kimi nəhəng, dünyada öz çəkisi və yeri olan ölkənin kifayət qədər populyarlığa malik kütləvi informasiya vasitəsidir. Yəni erməniləri razı salmayan yazıya görə dəyərdimi belə bir nəşrin reputasiyasını korlamaq?! Hələ “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material. Bu materialla əslində “Nezavisimaya qazeta” təhqir olunub. Yəni baxın, yaydığınız materialı çıxartdırdıq, sizi məcbur edirik ki, yazmadığınız məsələdən yazasınız (Əslində bu səpkili yazılara həmin qəzetin səhifələrində yetərincə rast gəlinir).
Elə hesab edirəm ki, biz həssas yanaşdığımız kimi Rusiya ictimaiyyəti, xüsusən də ölkənin media cameəsi məsələyə eyni tərzdə münasibət göstərməlidir, sərt reaksiyasını ortaya qoymalıdır. Rusiyalı həmkarlarımızla da bu barədə müzakirələrimiz olub. “Nezavisimaya qazeta” 24 fevral 2020-ci il tarixli “Сумгаитская трагедия. С чего начиналось и как это было. По архивным документам КГБ СССР” sərlövhəli, obyektiv həqqətləri diqqətə çatdıran yazıya görə saxta ittihamla üzləşməməlidir. Məlumdur ki, “Ходжалу: правда и вымысел. Полемика с Михаилом Абаевым” başlıqlı material da qəzetə qarşı təzyiqdir, ifadə azadlığına, KİV-in yaradıcılıq siyasətinə kobud müdaxilədir. Rusiyanın media ictimaiyyəti bunu da mütləq qaydada nəzərə almalıdır.
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi
/
07.04.2025
11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni
/
05.04.2025
22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial
/
04.04.2025
22:03
Sosial
/
04.04.2025
13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO