Siyasi 29.02.2024 22:17

Rusiya bu dəfə İrəvanı cəzalandırmaq üçün hərəkətə keçəcək - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisdə sülh prosesinin üzərindən xətt çəkməsindən və Cənubi Qafqazda yeni müharibə anonsu verməsindən bəhs olunur.

Bildirilir ki, N.Paşinyan Fransaya səfərindən bir neçə gün öncə –  fevralın 17-də Münhendə Prezident İlham Əliyevin qarşısında sülhdən danışıb, bu görüşü konstruktiv və müsbət adlandırıb. Lakin Münhendən Parisə yollanan Paşinyan adəti üzrə 180 dərəcə siyasi dönüş edib. Səhər bir, axşam başqa söz deyən Paşinyanın Parisdə Makronla görüşdən sonra “Frans24” kanalına müsahibəsində səsləndirdiyi fikirlərin fonunda bölgədə yaşananlar ciddi risklərdən xəbər verir. O, Fransa Prezidenti ilə görüşdən sonra “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını irəli sürərək deyib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaması “hücuma hazırlıq”dan xəbər verir”.

Qeyd olunur ki, N.Paşinyan bir tərəfdən bütün vasitələrlə sülh sazişini imzalamaqdan qaçır, digər tərəfdən Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və sərhədini tanımasını istəyir. Bu ilk baxışda erməni baş nazirin siyasi diletantlığı kimi görünsə də, əslində o, hiyləgərlik edir və məqsədi beynəlxalq ictimai rəydə Azərbaycanı aqressiv tərəf kimi göstərməkdir.

Diqqətə çatdırılır ki, Paşinyanın iddiasının əsas istinad nöqtəsi isə Qərbi Azərbaycan məsələsidir: “Bu, Ermənistanı ən çox narahat edir və ona görə bütün vasitələrlə azərbaycanlıların öz yurdlarına qayıdışının qarşısını almağa çalışırlar. Öz yurdundan deportasiya edilmiş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquqa əsaslanır. Bu hüququ ilk növbədə Qərbi Azərbaycan İcması gündəmə gətirir, Azərbaycan dövləti də böyük bir icmanın hüququnun təmin edilməsinə dəstək verir. Lakin məsələ Ermənistanın təqdim etməyə çalışdığı kimi yox, Qərbi azərbaycanlılarının qayıdış haqqının hüquqi yollarla təmin edilməsindən ibarətdir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycana qayıdış tanklarla yox, maşınlarla reallaşacaq. Rəsmi İrəvan da anlayır ki, azərbaycanlıların təhlükəsiz qayıdışını beynəlxalq hüquq tələb edir və Ermənistan gec-tez bunu qəbul etməyə məcbur olacaq. Məhz buna görə azərbaycanlı qaçqınların hüququnu “ərazi iddiası” kimi göstərməyə çalışır”.

Sonda vurğulanır ki, erməni baş nazirin iddiasının arxasında Qərbi Azərbaycan məsələsinə qarşı məkrli plan yatır: “Belə görünür ki, hər şey Qərbi Azərbaycan torpaqlarında həll olunacaq və baş verə biləcək mümkün müharibənin tərəflərindən biri təkcə Azərbaycan yox, Rusiya da ola bilər. Moskva bu dəfə İrəvanı xilas etmək üçün yox, cəzalandırmaq üçün hərəkətə keçəcək. Çünki Parisin “mətbəxində” hazırlanan, İrəvanın icra etməsi üçün təqdim edilən plan təkcə Azərbaycana yox, həm də Rusiyanın bölgədəki maraqlarına qarşıdır. Nikol Paşinyanın məlum müsahibəsində Rusiyaya qarşı açıq müharibə elan etməsi də bunu təsdiq edir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 29.02.2024 22:17
Rusiya bu dəfə İrəvanı cəzalandırmaq üçün hərəkətə keçəcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.02.2024 14:21
Ermənistan ləğv edilə, Qərbi Azərbaycan yarana bilər – ANONS
Siyasi / 28.02.2024 21:00
İran ermənilərinin yerləşdirildiyi rayon - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 28.02.2024 18:00
“Ağbaba – Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı - FOTO
Dünya, Təhlil / 28.02.2024 15:29
Plansız Qərb – Rusiya ilə döyüçdən çəkinən Avropa – TƏHLİL - FOTO
Siyasi, Sosial / 28.02.2024 13:17
Ermənilərin Karvansarayda izitirmə planı – ANONS
Siyasi, Sosial / 27.02.2024 22:19
Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırır - FOTO - VİDEO
Maraqlı, Mədəni / 27.02.2024 19:14
“Ermənistanda Azərbaycan adları ilə yaşamaq təhlükəli idi” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.02.2024 14:57
Ermənilər İrəvanı farslaşdırır? – ANONS - VİDEO
Mədəni / 27.02.2024 13:25
“Filmə çəkilmək üçün ermənilər soyadımı dəyişdirmək istədilər” – ANONS - VİDEO
Mədəni / 27.02.2024 09:00
Qoşqar Vəli yazır: “Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır” - FOTO
Müsahibə, Video müsahibə / 26.02.2024 22:25
“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 26.02.2024 17:30
İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
Gündəm / 26.02.2024 17:20
Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Hadisə, Sosial / 26.02.2024 17:01
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı
Siyasi, Təhlil / 26.02.2024 16:11
ABŞ-da “yaş öz işini görür” – TƏHLİL - FOTO
Gündəm / 26.02.2024 14:19
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO