Sabah 38 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Rakus.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Mülayim şmal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Mülayim şimal küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.