Sabah bəzi yerlərə dolu yağacaq
Azərbaycanda iyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Rakus.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-33° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°,
Gündüz 31-36° isti, dağlarda gecə 13-17°, gündüz 19-24° isti olacağı ehtimal edilir.