Mədəni 11.12.2019 15:27

Sabah Emin Ağalarov üçün özəl gündür

 

Yaradan ondan heç nəyi əsirgəməyib- var-dövlət, imkan, şərait, milyonlarla insanın arzusunda olduğu təmtəraqlı zadəgan həyatı, bir də istedad. Bəlkə də yer üzündə elə bir məmləkət qalmayıb ki, orada olmasın, bəlkə də dünyanın elə bir səfası yoxdur ki, ondan dadmasın. Bütün bunlar heç vaxt onu çaşdırmayıb, əksinə, daha böyük işlər görməyə ruhlandırıb. O qədər xeyirxah əməlləri var ki, dəqiq siyahısını Allahdan başqa bilən olmaz…

Deyir ki,- “Müslüm Maqomayev atamın dostlarından biri idi. Uşaq olarkən tez-tez onun qonağı olurduq. Yeniyetməlik yaşlarımda o, royal arxasına əyləşərək məni çağırır, mahnı ifa etməyimi xahiş edirdi. Mən də yanaqlarım qızararaq oxuyardım. Doğrudur, Müslüm Maqomayevin qarşısında ağzımı açmağa utanardım. Amma biz təklikdə qalanda əmin edirdi ki, mənə oxumaq lazımdır: “Sən oxumalısan. Onsuz da sən bunsuz yaşaya bilməyəcəksən”. O, haqlı imiş. 10 yaşım olanda isə anam mənə Elvis Preslinin kasetini hədiyyə etdi. Dinlədim, çox xoşuma gəldi. Və mən onun konsert kasetlərini əldə etməyə, onun haqqında məlumat toplamağa başladım. Elvis Preslinin şəxsiyyəti məni valeh etdi. Hətta 14 yaşımda zahirən ona bənzəmək üçün bakenbordlarımı uzatmağa başladım. Amma bu məndə gülünc göründüyündən, onları tamamilə qırxdım”…

Bəli, o, öz xoşbəxtliyini var-dövlətdə deyil, məhz istedadında tapıb. İlk dəfə 17 yaşında olarkən dostları ilə hansısa kiçik bir kafedə səhnəyə çıxıb. O vaxt ona desəydilər ki, illər sonra çoxminlik tamaşaçı kütləsini bir araya yığa biləcək, bəlkə də inanmazdı. Bu gün onun konsertlərinə on minlərlə insan gəlir. “Səhnə mənim adrenalinimdir”- söyləyir…

13 yaşında olarkən orta təhsilini davam etdirməkdən ötrü atası onu İsveçrəyə göndərib. Oxuduğu qapalı məktəbdə ciddi nizam-ntizam olduğu üçün oranı gestapoya bənzədir. Bəlkə də onun şəxsiyyət kimi formalaşmasında həmin məktəbin rolu böyük olub…

Haqqında söhbət açdığım Emin Ağalarov 1979-cu ildə Bakıda dünyaya gəlib. 4 yaşında olarkən valideynləri ilə Moskvaya köçüblər. Orta təhsilini İsveçrədə, ali təhsilini isə ABŞ-da başa vurub. Rusiyanın ən zəngin iş adamlarından biridir. Bununla yanaşı bəstəkar, müğənni kimi də məşhurdur. 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Ondan çox musiqili albomunun müəllifidir…

Azərbaycanı çox sevir. Bakıda doğulduğundan, azərbaycanlı olduğundan qürur hissi keçirir. Bu sevgi onu tez-tez vətəndə olmağa vadar edir. Avropa, Rusiya, Ukraynada keçirdiyi konserlərdən, Bakıda təşkil etdiyi musiqi festivallarına daha çox önəm verir…

İntellektual, həssas, maraqlı, mehriban insandır. Xoş niyyətli və söhbətcildir. Daim hərəkətdə olmağı xoşlayır. Dostluqda sədaqətli, yoldaşlıqda etibarlıdır. Düşündüklərini dilə gətirməyi bacarır. Açıq danışmaqdan, sözün düzünü söyləməkdən çəkinmir. Narahatlıq, həyəcan ona yaddır. Hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad və təxəyyülü var. Bütün hallarda simasından təbəssüm əskik olmur. Romantik, məcara dolu səyahətlərdən zövq alır…

Dekabrın 12-də onun 40 yaşı tamam olacaq. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Elman Eldaroğlu
 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO