Sabaha gözlənilən hava proqnozu
Azərbaycanda noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Rakus.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatlna görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 14-18° isti, dağlarda gecə 1-5°, gündüz 5-9° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.