Sabiq Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsində şöbə rəisi təyin edilib.
Rakus.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Jurnalist qeyd edir ki, sabiq nazirin oğlu təyinatdan dərhal sonra Londondakı şirkətlərini bağlayıb.
Reyestr məlumatlarına görə, Eldar Abbasovun 2017-ci ilin aprelində Britaniya paytaxtında qeydiyyatdan keçirdiyi INFIPRO LIMITED şirkəti ötən ayın 24-də bağlanıb.
Gömrük Komitəsinin şöbə rəisinin digər şirkəti – JDE TRADING LIMITED isə hələ də fəaliyyətdədur. Eldar Abbasov bu ticarət şirkətini 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirəndə onu həyat yoldaşı Dünya Pirverdinin (“Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin qızı) adına rəsmiləşdirib.
Keçmiş nazirin oğlunun digər iki şirkəti – JDE CAPITAL LTD və BITTOP LIMITED ötən ilin sonlarında qapadılıb.