YENİLƏNDİ-2: Şabran rayonunda sahibkara zülm edirlər - FOTO - VİDEO
Sahibkarın təsərrüfatının dağıdılmasını ilə bağlı məsələ rayon səviyyəsində öz həllini tapmadığından və onun şikayəti obyektiv səviyyədə araşdırılmadığından şikayətçiləri Ekologiya və Təbii Sərvətlər naziri qəbul etdi. Bu barədə redaksiyamıza məlumat verən sahibkar Şəmsəddin Məmmədyarov bildirdi ki, nazir Muxtar Babayev şikayətimizi dinlədikdən sonra məsələnin tam dəqiqliyi ilə araşdırılması barədə müvafiq əməkdaşlara tapşırıq verdi.
16.09 saat 16:59
Sahibkar Şəmsəddin Məmmədyarovun təsərrüfatına vurulan ciddi zərərlə bağlı faktlar əsasında dərc etdiyimiz yazıdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri rayon isra hakimiyyətinin əməkdaşları ilə birlikdə məsələni araşdırmağa başladı. Sahibkarı işçiləri ilə birlikdə Şabran rayon icra hakimiyyəti başçısının qəbuluna dəvət etsələr də əfsuslar olsun ki, onlar başlarına gələn müsibətləri icra başçısına çatdıra bilməyiblər. Çünki onları başçının qəbuluna çağırsalar da sonradan bildiriblər ki, görüş Ekologiya və Təbii Sərvətlər nazirinin müavini ilə olacaq. Sahibkar işçıləri ilə birlikdə bu görüşə gedib dərdlərini deyib (Həvəskar formada çəkilən video əlavə olunur). Amma icra hakimiyyət tərəfindən növbəti dəfə aldadıqlarını anlayıblar. Belə ki, sonradan öyrəniblər ki, onlara nazir müavini kimi təqdim edilən şəxs nazirliyin meşələrin inkişafı departamentinin direktor müavini Ağaqardaş Qaraşov olub. O isə mobil telefonla danışa-danışa təsərrüfatı dağıdılan sahibkarı və işçilərini dinlədikdən sonra məsələnin qısa vaxt ərzində obyektiv araşdırılacağına və dəyən zərərin məbləğinin dəqiqləşdiriləcəyinə söz versə də bu günə qədər heç bir iş görülməyib. Bütün bu çətinliklərə qatlaşan və təsərrüfatının dağıdıldığına görə heç bir məmurdan dayaq görməyən sahibkar Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi hansısa problemin yerində həll edilməməsi, şikayətlərin araşdırılmaması ölkə rəhbərliyinə edilən şikayətlərin sayını durmadan artırır.
Əks tərəfin mövqeyinin dərci ilə bağlı müvafiq qurumlara müraciət etsək də hələlik heç biri münasibət bildirməyib.
Qeyd: Araşdırmamızı davam etdirəcəyik.
29.09.2019, saat 13:17
Rayon sakini Şəmsəddin Məmmədyarov özünə məxsus xeyli müddətdər ki, kənd təsərrüfatı ilə məşğul olur. Torpaq sahəsində (1,5 hektar) kartov əkir, arıçılıqla məşğul olur. Dövlət siyəsətinə uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışan sahibkara sözün həqiqi mənasında zülm edirlər. Redaksiyamıza təqdim etdiyi fotolardan göründüyü kimi kartof sahəsinə yetərincə qulluq edərək normal bir vəziyyətə gətirsə də başqa bir sahibkar tərəfindən onun təsərrüfatına ciddi ziyan vurulub. Belə ki, Bəybala Allayarova məxsus mal qara sürüsü onun kartof sahəsinə soxularaq talan edib. Şəkildən göründüyü kimi məhsulun yığımına az qalmış sahə yararsız hala salınıb.
Belə bir çətin vəziyyətlə qarşılaşan sahibkar kimə müraciət etsə də, onun şikayətinə məhəl qoyan olmayıb. Bildirirki, əvvəlcə mal-qara sahibi Bəybala Allayarova müraciət edib. Başına gələnləri ona desə də söyüş və təhqirlərə məruz qalıb. Sonra 5 saylı regional və təbii sərvətlər idarəsinin rəisi V.Cavadova məlumat verib.
Sahəsi talan edilən sahibkar Şabran rayon icra hakimiyyətinə və müvafiq nazirliklərə də müraciət edib.
Məsələ ilə bağlı rayon meşə idarəsinin rəisi Bəybala müəllimlə telefon əlaqəsi yaradaraq bu iddialara münasibətini öyrənməyə çalışsaq da, o, bu barədə danışmaq istəmədi.
Qeyd: Avqustun 26-da bu barədə dərc olunan yazı texniki səbəblərə (xakerin istiqaməti dəqiqləşdirilir) görə silindiyindən yenidən dərc edirik.