Sosial 13.05.2019 12:53

Sahil Babayev baş katiblə görüşdü - FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 14-16 may tarixlərində Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Rakus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, Azərbaycanda aparılan siyasətin mərkəzində insan amilinin dayandığını qeyd edib, güclü sosial siyasətə malik ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Nazir əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında BSTA-nın Baş Katibini məlumatlandırıb.

Sosial təminat sahəsində aparılan islahatlar kontekstində Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmini qeyd edib. Nazir Forumun Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.

M.A.R.Kaetano Azərbaycana səfərə gəldikdən sonra qısa müddətdə artıq xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BSTA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, pensiya islahatında dəstək, praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO