Sosial 05.02.2020 12:43

Sahil Babayev monitorinq qrupu yaradır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası sahəsində qarşıdan duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə  nazirlikdən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin güclü sosial siyasəti sayəsində ölkədə sosial inkişaf sahəsində də ardıcıl və ciddi irəlilləyişlərin əldə olunduğunu vurğulayıb.

Nazir bildirib ki, xüsusilə ötən il dövlət başçısının təşəbbüsü və tapşırığı ilə əmək haqları və pensiyalarda, müavinət və təqaüdlərdə, ümumilikdə əhalinin 42 faizini əhatə edən sosial ödənişlərdə artımların edilməsi istiqamətində inqilabi addımlar atılıb. Bu böyük vəsait tələb edən geniş miqyaslı islahatlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını, eyni zamanda, dövlət başçısının siyasətinə uyğun olaraq, uğurlu iqtisadi islahatlardan əldə olunan gəlirlərin bütünlüklə əhalinin rifahına yönəldildiyini bir daha təsdiq etdi.

S.Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.

Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması işsizliyin azaldılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı yolu ilə onların rifahına dəstək verilməsində xüsusi əhəmiyyəti olan sosial layihədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi nazirliyin başlıca vəzifələrindən olacaq. Müşavirədə bununla əlaqədar xüsusi monitorinq qrupunun yaradılması da qərara alınıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS