“Şahzadə gizli evləndi, amma…” - FOTO
Şahzadə Beatris və 37 yaşlı sevgilisi Edoard Mapelli-Mossi nikaha gizli giriblər.
Rakus.az xəbər verir ki, cütlük iyulun 17-də Vindzor qalasında kiçik toy etib. Məclisə isə onların yaxınları dəvət olunub.
Bir neçə gündən sonra toydan fotolar yayılıb. Beatrisin toyuna 20 qonaq dəvət etdiyi, ətrafı ağ güllərlə bəzətdirdiyi qeyd olunub. Gəlin toyu üçün nənəsi, II Yelizavetanın libasını seçib. Şahzadə sözügedən ağ güpürlü paltarı 1962-ci ildə qala gecələrdən birində geyinib. Brilyantlarla bəzədilən paltar şahzadənin bədən ölçülərinə uyğun düzəldilib.
Beatris gəlinlik obrazını böyük fata tamamlayıb. Duvağı da II Yelizaveta Filippə ərə gedən zaman taxıb. Kilsədə nikahları qıyıldıqdan sonra cütlük partiyə yollanıb. Gecədə qonaqlara fərqli kokteyllər və yeməklər təqdim edilib. Şənlik başa çatdıqdan sonra qonaqlar onlar üçün bağçada hazırlanan kiçik evciklərdə qalıblar.
Edoard və Beatris bundan əvvəl dəbdəbəli toy planı qurmuşdu. Onların partisi mayın sonunda 150 qonağın əhatəsində olmalı idi. Pandemiyaya görə cütlük planlarını dəyişməli olub.