Şahzadə Harri ürəyini boşaltdı
“Böyük Britaniya mənim evim və sevdiyim yerdir. Bu heç zaman dəyişməyəcək. Hər şey bu həddə çatdığı üçün çox təəssüflənirəm”.
Rakus.az xəbər verir ki, bunu Kral ailəsinin adından imtina etmək haqıqnda qərar verərək bütün dünyanın diqqət mərkəzinə çevrilən II Yelizavetanın nəvəsi şahzadə Harri deyib.
Harri həyat yoldaşı Meqan Markla krallıq statuslarından əl çəkmələri haqında qərarı haqqında danışıb. Britaniya şahzadəsi Çarlz ilə şahzadə Diananın 35 yaşlı oğulları bütün gerçəkləri özünün demək istədiyini vurğulayıb.
O, çıxışında ona və həyat yoldaşına dəstək verən hər kəsə təşəkkür edib. harri bildirib ki, bu barədə qərar asanlıqla verilməyib. Qərar aylardır davam edən müzakirələrin nəticəsidir.
Bununla yanaşı şahzadə həyat yoldaşı ilə kraliçaya xidmətə davam edəcəklərini də qeyd edib.
Xatırladaq ki, şahzadənin verdiyi qərarla o və həyat yoldaşı krallıq statuslarından imtina ediblər və Əlahəzrət statusunun daşıyıcıları ola bilməyəcəklər. Cütlük kral sarayının maliyyələşməsindən də imtina haqqında qərar qəbul ediblər. Onlar daha sakit bir həyat üçün Kanada da yaşamaq istəyirlər.