Krallıq səlahiyyətlərindən imtina etdikdən sonra Meqan Markl və şahzadə Harri ikinci dəfə və əvvəlkindən xeyli fərqlənəcək toy mərasiminə hazırlaşırlar.
Rakus.az xəbər verir ki, cütlüyün ilk toy mərasimi 2018-ci ilin may ayında Britaniya krallıq ənənələrinin bütün ciddiliyi ilə Vindzor sarayında baş tutmuşdu.
İndi isə Meqan və Harri okean kənarında dostları və qohumlarının əhatəsində bir-birinə sədaqət andı içərək, zövqlərinə uyğun toy mərasimi təşkil etmək istəyirlər.
Bu tədbir praktik əhəmiyyət daşıyacaq. ABŞ torpağında bağlanacaq nikah şahzadə Harrinin rəsmi olaraq uzun müddət bu ölkədə qalmasına və iş icazəsi əldə etməsinə imkan verəcək.