Elm və təhsil 04.12.2022 15:11

Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO

Binəqədi rayon M. Ə. Rəsulzadə bələdiyyəsində qəsəbə sakini, şəhid atası, Azərbaycan Yazıçılar Birliyinin üzv, şair Nizami Elyanar Göyçəvinin 70 illik yubileyinə və  yeni işıq üzü görmüş “İşğaldan qələbəyə” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə ziyalılar, alimlər, şairlər, yazarlar, tarixçilər, aşıqlar, müəllimlər, Rəsulzadə qəsəbəsinin sakinləri iştirak ediblər.

M. Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov tədbiri açıq elan etdikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

O, yubilyarı təbrik edərək bu tədbirin bələdiyyədə ilk dəfə keçirilməsini və bundan sonra belə təqdimatların tez-tez təşkil olunmasının vacibliyini bildirib, Nizami müəllimin yaradıcılığından, onun kitablarından, yazdığı əsərlərində vətənpərvərlik, el-obaya sevgi, təbiətin gözəllikləri, xalqımızın qəhrəmanlığı, Qarabağ müharibəsində qələbəmiz, yurd həsrəti haqqında məlumat verib.

Onun oğlu Türkayın Vətən müharibəsində qəhrəmanlığından, torpaqlarımızın azad olnuması uğurunda döyüşlərdə şəhid olmasından danışan bələdiyyə sədri dövlətimizin, prezidentimizin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qayğısını da xüsusilə vurğulayıb.

Şair Nizami Elyanar tədbirin təşkilatçılarına və iştirakçılarına  təşəkkür edib. yaradıcılığından və xatirələrindən danışıb.

Tədbirdə çıxış edənlər “Zəngəzur” qəzetinin redaktoru Vaqif Səmədov, Qərbi Azərbaycan (ermənistan) Azadlıq Təşkilatı İdarə heyətinin sədr müavini, araşdırmaçı Vüqar Abduyev, həvəsakar şair, ADİU-nin dosenti və müəlimi Bayraməli Qurbanov, şair-tərcüməçi Aydın Uluxanlı, Qərbi Azərbaycan (ermənistan) Azadlıq Təşkilatı İdarə heyətinin sədri, araşdırmaçı Əli Vəliyev, jurnalist Əsgər İbrahimov, professor Valeh Mirzəyev, ADİU-nin dosenti və müəllimi Sultanəli Qurbanov, 115 saylı xüsusi rejimli tam orta məktəbin direktoru İmdad Kazım, şairin Ardanış kəndindəki qonşusu Fəxrəddin Hacızadə, AMEA-nın elmi işçısi, şöbə müdiri Tanrıverdi Paşayev, sair-publisist Vaqif Kərim, şairin qonşusu Qəzənfər Əhmədov, AMEA-nın elmi işçisi dosent İlyas Əliyev və başqaları şairin yaradıcılığında, onunla bağlı xatirələrindən, rəhmətlik oğlu Türkayın qəhrəmanlığından danışıb və şairi 70 illik yubileyi münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Bədii qiraətçi Müşviqə Əhmədova şairin şerlərini oxuyub, Aşıqlar Birliyinin üzvü aşıq Bəhmən Göyçəli, aşıq İmran Ardanışlı ifaları ilə tədbiri dahada rövnəqləndiriblər.

Sonda Rəsulzadə bələdiyyəsi adından el şairi mükafatlandırılıb və xatirə şəkili çəkdirilib.

Əli Vəliyev

 

XƏBƏR LENTİ
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ
Mədəni / 29.11.2022 12:53
Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT
Maraqlı, Mətbuat / 17.11.2022 13:47
Mən kitab oxumuram… – SƏRBƏST YAZI
İdman / 08.11.2022 15:05
Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO
Gündəm, İdman / 06.11.2022 15:15
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO
Siyasi / 02.11.2022 13:00
Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub – XİN
Mədəni / 01.11.2022 09:30
Əlli dörd günlük erməni mühasirəsindən bəhs edən film - VİDEO
İdman / 31.10.2022 12:16
Turnirin yarımfinalı – epizodlar, qollar, finalın anonsu – CƏDVƏL - VİDEO
Hadisə, İdman / 31.10.2022 10:43
Gərgin keçən oyun – diqqətçəkən mənzərə - FOTO
Gündəm, İdman / 30.10.2022 13:22
Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO
Mədəni / 29.10.2022 18:02
“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
İdman / 28.10.2022 10:00
Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Mətbuat / 27.10.2022 10:41
“Report” İA-nın fəaliyyətindən 8 il ötür - VİDEO
Hadisə, İdman / 24.10.2022 11:03
Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 24.10.2022 10:02
Yarışın 3-cü turu-yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı, Mətbuat / 23.10.2022 14:29
Sonuncu tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Gündəm, İdman, Maraqlı / 21.10.2022 11:00
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə son tur həftəsonu yekunlaşır - FOTO
Gündəm, İdman / 17.10.2022 12:00
İkinci turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman, Maraqlı / 17.10.2022 10:14
Yarışın ikinci günü – yaddaqalan anlar - FOTO
İdman, Maraqlı / 16.10.2022 16:05
Turnirin II turu yekunlaşıb, “Ada Təpə” qələbə qazanıb - FOTO
Gündəm, İdman / 14.10.2022 17:00
Ənənəvi Futbol Turnirində 2-ci tura bazar günü start verilir - FOTO
İdman, Maraqlı / 10.10.2022 13:16
Turnirin ilk günü – yaddaqalan anlar - FOTO
Hadisə, İdman / 10.10.2022 11:08
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - FOTO - VİDEO
Gündəm, İdman / 09.10.2022 15:11
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO