Salyan rayonunda istixana sahibləri ilə görüş keçirilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Salyan Rayon İcra Hakimiyyətində baş tutan görüşdə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.
Görüşdə 50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Qaz sərfiyyatına görə borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndirilib.
R.Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 3-cü görüşdür, bundan öncə Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda müzakirələr aparılıb. Sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz”ın öz hesabına yerinə yetiriləcəyi bildirilib, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli üçün elə yerindəcə tapşırıqlar verilib.