Sosial 31.08.2019 08:33

Şamaxıda AÜŞF-nın rəsmi açılış mərasimi oldu - FOTO

Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Mərasimdə qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıb. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxış edərək Azərbaycanda qədim üzümçülük və şərabçılıq ənənələrinin mövcud olmasından, son illər ölkəmizdə böyük üzüm plantasiyalarının salınmasından, yeni müasir şərab istehsalı zavodlarının fəaliyyətə başlamasından, bu sahənin inkişafına olan dövlət dəstəyindən danıışıblar. Qeyd edilib ki, ötən əsrin 70-80-ci illərində Şamaxıda 27 min hektar üzüm bağı olub və hər il 240 min tondan çox məhsul istehsal edilib. Ölkəmizin müstəqilliyinin ilk illərində bu sahə diqqətdən kənar qalıb və üzüm bağları məhv olub. Son illər rayonda yenidən bu sahənin inkişafı üçün böyük tədbirlərə start verilib. Hazırda rayonda 1700 hektar üzüm bağı var. Şamaxıda üzümçülüyün inkişafı üçün son illlər böyük işlər görülür, yerli əhalinin və sahibkarların bu sahəyə marağı artıb. Bu festivalın qədim üzümçülük rayonu olan Şamaxıda keçirilməsinin rəmzi mənası var. Şamaxının Meysəri və Mədrəsə kəndlərində yetişdirilən yerli sort üzümlər həmişə Azərbaycanda məşhur olub, xarici ölkələrə ixrac edilib.

Çıxışlardan sonra rəsmi qonaqlar, turistlər Azərbaycanın bölgələrində fəaliyyət gööstərən üzüm emalı və şərab istehsalı zavodlarının nümayiş etdirdiyi müxtəlif çeşidlli üzümlər və onlardan hazırlanan şərablarla tanış olublar. İki gün davam edəcək festival çərçivəsində proqrama uyğun olaraq üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçirilir. Tədbir çərçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunur. Qonaqlar üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar ilə tanış olurlar. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə–misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunur. Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçirirlər.

Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur; iştirakçılar butulkaları arzu etdikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

İştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur. Festivala ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçirirlər. Burada onlar mini zooparkda heyvanlarla tanış olur, müxtəlif viktorina və ustad dərslərində iştirak edirlər. “İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi çoxlarının yaddaşına üzümün ayaqla sıxılmasını–Avropada əvvəllər şərabın hazırlanma prosesini maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar festivalda bu zövqü də yaşayırlar.

Festivalın rəsmi açılış mərasimindən sonra musiqili proqram təqdim edilib. Açılış mərasimində “Natiq” ritm  qrupu, “Mirvari rəqs qrupu” üzüm mövzusunda xüsusi musiqili kompozisiya təqdim edib, xalq artisti Samir Cəfərov çıxış edib.

Rəqqas və nağaraçıların, nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil edilib. Sonra mərasimdə müxtəlif musiqi proqramları, o cümlədən Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert təqdim olunub, diskoteka təşkil edilib. Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş edilib. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO