Mədəni 17.07.2019 18:57

Şamaxıda qədim məscid aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, t.ü.f.d., arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilmişdir. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edirdi.

Rakus.az xəbər verir ki, bu haqda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxmışdır. Məscid qaya və çay daşlarından inşa edilmişdir. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalmışdır. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi  qəbul edilib.

“Yerli sakinlərin yaşatdığı rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd Peyğəmbərin zamanında Şirvana gələrək islam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilmişdir. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirmişlər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur.” – deyə Akif Quliyev bildirmişdir.

Akif Quliyev adı çəkilən tarixi şəxsiyyət barədə yazılı mənbələrdən topladığı məlumatla bölüşmüşdür: “Yazılı mənbələrə görə, Fələstinin Ləkhm tayfasının Bəni əl-Dar qəbiləsindən olan Təmim əl-Dari xristian rahibi olmuşdur. O, 628-ci ildə Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra islam dinini qəbul etmiş və Mədinədə məskunlaşmışdır. Peyğəmbərin yaxın köməkçisi olaraq, o, islam dininin yayılmasında da böyük rol oynamışdı. Peyğəmbərin vəfatından sonra, Raşidi xəlifələri (632-661-ci illər) dövründə Təmim əl-Dari Fələstində El-Xəlil (müasir Hevron), Beyt Eynun və ətraf ərazilərin hakimi təyin edilmişdir. Şeyx 661-ci ildə Bayt-Cibrin (müasir Hevron yaxınlığında) vəfat etmiş və burada dəfn edilmişdir. Onun tək günbəzli məqbərəsi günümüzə qədər orada mühafizə olunur”.

Ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir. Şeyxin yaşadığı dövrdə islam emissarlarının Şirvanda fəaliyyət göstərməsi və ucqar Qəleybuğurd kəndi ərazisində islam dinini yayması inandırıcı səslənmir.

“Bəs, Qəleybuğurd qəbirsanlığında dəfn edilmiş, şamaxılılar arasında Şeyx Təmim əl-Dari kimi tanınan və qəbiri ziyarət olunan bu müqəddəs şəxsiyyət kimdir? Bizim ehtimalımıza görə, Qəleybuğurd qəbiristanlığında dəfn edilmiş övliya, Peyğəmbərin silahdaşı Təmim əl-Darinin adaşıdır. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək.” – deyə A.Quliyev bildirmişdir.

Xatırladaq ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilmişdir.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO