“Sarı gəlin” Latviyada ifa olunacaq
Latviyanın məşhur violençel triosu “Melo-M” (http://www.melo-m.lv/lv/) CBC televiziya kanalı, “Mədəniyyət” TV, Macarıstan, Latviya, Moldova, Özbəkistan və digər ölkələrin səfirliklərinin birgə təşəbbüsü ilə yaradılan layihə çərçivəsində “Sarı gəlin” xalq mahnısını ifa edəcək.
Rakus.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan Respublikasına və onun vətəndaşlarına koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəylik göstərməkdir.
Bildirilib ki, bu baxımdan Latviyanın violençel triosu tərəfindən ifa olunacaq “Sarı gəlin” xalq mahnısı Azərbaycan xalqına əla bir töhfədir.
2005-ci ildə yaradılan “Melo-M” triosunun indiyədək 5 albomu buraxılıb. “Melo-M” materialları seçərkən çox fərqli olmağa meyillidir- pop, rok, xalq və dünya klassik və müasir janrlara müraciət edir. Bir çox dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edən qrup bir çox ölkələrdə konsert proqramları ilə çıxış edərək tanınır.