Seçicilər Aydın Hüseynovun namizədliyini dəstəkləyir - FOTO
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirildi.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının aparat rəhbəri Hacı İbrahimov çıxış edərək bildirdi ki, 11 saylı Qaradağ seçki dairəsindən namizədliyi verilən Aydın Hüseynovun təbliğat- təşviqat kampaniyası uğurla aparılır. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb. Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.
Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynov Ələt qəsəbəsinin sakinləri ilə görüşündə bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Qaradağ rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Bildiyimiz kimi, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq daim onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq.
Mən sizləri bundan sonra da dövlətə, xalqa xidmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram.»
Görüşdə Ələt qəsəbəsinin ağsaqqalları Elçin Rəsulov, Qurbanqulu Rəhimov, Nizami Mehdiyev, Samir Səlimov çıxış edərək bildirdilər ki, hər zaman Aydın Hüseynov seçicilərinin yanında olub. Sakinlərin həm xeyrində həm də şərində yanında olub. Problemləri ilə tanış olub, həll edilməsində yardımçı olub. Bu gün də bura yığışmaqda məqsədimiz Aydın Hüseynovu dəstəkləməkdir.
Tədbirin sonunda deputatlığa namizəd Aydın Hüseynov qəsəbənin sakinlərinin suallarını cavablandırdı, birinci qrup əlili evində ziyarət etdi. Onları narahat edən problemlərlə yaxından tanış oldu.