Səədli mahalının ərazisi necə Armavir oldu? – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ərazisi bölünən, kəndləri viran qoyulan və saxta erməniləşdirilmənin qurbanına çevrilən Səədli mahalı haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənilərin Səədli mahalında saxtalaşdırma əməliyyatı” adlı süjetdə azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməkdən ötrü ermənilərin 19-cu və 20-ci əsrlərdə müxtəlif vasitələrdən istifadə etdiyi, hayların havadarlarının hesabına təkcə coğrafi ərazilərimizi deyil, həm də oğuz-türklərinə məxsus mədəni, dini abidələrə, toponimlərə qarşı daim vandallıqla məşğul olduqları, məhz bunun sayəsində monoetnik erməni dövlətində tarixən azərbaycanlıların yaşadıqları 700-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilərək erməniləşdirildiyi vurğulanır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.