Səfər Mehdiyev şikayətçiləri Xacmazda dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev dekabrın 27-də saat 10:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küç. 72A) Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Rakus.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, M. Vəliyev küç.) Qusar rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Şabran rayon Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev pr. 60A) Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Xaçmaz, Quba, Qusar, Şabran rayonlarının və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.