İqtisadi 04.04.2024 11:15

Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO

Aprelin 3-də Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) ofisində mətbuat konfransı keçirilib.

Rakus.az xəbər verir ki, konfransı ATMİA-nın Baş Katibi Şahanə Sarı açaraq media əməkdaşlarını salamlayıb. O bildirib ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bununla əlaqədar olaraq Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyasının (ATMİA) təşkilatçılığı ilə ilk dəfə olaraq aprelin 1-dən 9-dək İnşaat Həftəsi keçirilir. Bu çərçivəsində Azərbaycan bir sıra vacib və əlamətdar tədbirlər təşkil olunur.

Onun sözlərinə görə, İnşaat Həftəsi çərçivəsində keçirilən silsilə layihələrə beynəlxalq sektorial qurumlar, o cümlədən Gürcüstan İnfrastruktur Tikinti Şirkətləri Assosiasiyası və İraq İnşaat Assosiasiyası ilə əlaqələrin qurulması daxildir ki, hazırda bu istiqamətdə mühüm işlər görülür. Bundan əlavə, aprelin 1-də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Əşrəfxanov ilə görüş keçirilib. Bu görüşdə dplomat öz ölkəsinə sərmayə qoymaq istəyən Azərbaycan şirkətlərə hər cürü şəraitin yaradılmasına dəstək verəcəklərini söyləyib. Həmçinin aprelin 4-də Qafqazda ilk müasir gips zavodu olan AĞDAĞ gips zavoduna 20 sahibkarın iştirakı ilə info-turun təşkili, aprelin 6-da “Yaşıl Dünya Həmrəyliyi İli” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyasının təşkili,  eləcə də aprelin 8-9-da İtaliya Ticarət Palatası, “Matanat A” Şirkətlər qrupunun baş sponsorluğu və “Mirvana” dekorativ boyalarının sponsorluğu ilə Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun Azərbaycana səfəri və Azərbaycan Memarlıq və İnşaat Universitetində sahibkarlar və tələbələr üçün elmi-praktiki seminarların keçirilməsi və digər işlər planlaşdırılır.

Ş.Sarı diqqətə çatdırıb ki, ATMİA-da hazırda 400 kiçik və böyük yerli şirkət təmsil olunur: “2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir. Ölkəmizdə istesal potensialını artırmaq və xarici ölkələrə çoxsayda daha keyfiyyətli məhsulların ixracına nail olmaq da əsas hədəflərdəndir. Bu istiqamətdə bir sıra ölkələrlə qarşılıqlı sənədlərin imzalanması nərədrə tutulur. Azərbaycan məhsulları ilə əsasən Gürcüstan, Özbəkistan, İraq, bir neçə Avropa ölkəsi maraqlanır. Yaponiya isə Azərbaycanla inşaat sektorunda əməkdaşlıq etməyə, burada bəzi sahələrə sərmayə qoymağa maraq göstərir. Bunun üçün gündoğan ölkədən Bakıya mütəxəssislər dəvət olunur. Bundan əlavə, hazırda “Mətanət A” şirkəti Özbəkistanda özünün müəssisəsini qurur. İraqın tikinti bazarında bizim şirkətlər üçün ciddi potensial mövcuddur. Əminik ki, Azərbaycan istehsalçıları bu ölkə ilə uğurlu işbirliyinə imza atacaqlar”.

Sonra ATMİA-nın Baş Katibi jurnalistlərin suallarını cavablandırıb.

Həmin gün axşam Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası adından media nümayəndələri üçün iftar süfrəsi açılıb.

  

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO